Yuxarı

“Azəristiliktəchizat”a yeni səlahiyyət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət “Azəristiliktəchizat” ASC-ə həvalə olunub.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.

Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümundə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.

Qərara əsasən qeyri-əhali istehlakçıları üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar “Azəristiliktəchizat” ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcəkdir.

Qeyri-əhali istehlakçıları “Azəristiliktəchizat”ın ümumi abonentlərinin 1,67% -ni, istilik təchizatı üzrə satışının isə 16 %-ni təşkil edir.

Tarix
2024.09.25 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

İrəvan Bakıdan bunu almaqdan qorxmur - Tunyan

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

Bayramov-Blinken-Mirzoyan görüşü olacaq - Rəsmi

Zülfüqarov: Bu bizim əmlakdır, İrəvan geri versin!

Ərdoğanın Paşinyana hədiyyəsi mesajdır - Foto

Zelenski müharibəni necə dayandıracaq? - Plan

Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

Ali Baş Komandana JF-17C təyyarələri təqdim olundu - Foto

Bakı İrəvanın “hərbi dişini” çıxartdı - Korotçenko

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla