Yuxarı

Heydərov belaruslu həmkarı ilə görüşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda rəsmi səfərdə olan Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə Kəmaləddin Heydərov iki xalq və ölkə arasında dərin və möhkəm köklərə malik dostluq münasibətlərinin iki dövlət başçılarının siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb. Bu çərçivədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Belarus Fövqəladə Hallar Nazirliyi arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

K.Heydərov 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış “Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Belarusun Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in mülki müdafiə məsələlərində, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin aparılmasında sıx əməkdaşlığın formalaşması üçün vacib rol oynadığını diqqətə çatdırıb. Cari ilin iyun ayında Minskə rəsmi səfərinin məhsuldar keçdiyini vurğulayan nazir Kəmaləddin Heydərov səfər çərçivəsində imzalanmış 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planının yaxın illər üçün əməkdaşlığın konkret istiqamətlərini müəyyən etdiyini xatırladıb.

Kadr hazırlığı və təhsil sahəsindəki sıx əlaqələri, o cümlədən hər iki nazirliyin ali təhsil müəssisələri arasında təşəkkül tapmış qarşılıqlı faydalı münasibətləri yüksək qiymətləndirən K.Heydərov qeyd edilənlərin qurumlar arasında əməkdaşlığın inkişafında xüsus rol oynadığını vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində fövqəladə hallarla mübarizə üzrə məsul qurumlar arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib.

İki nazirlik arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə xüsusi təkan verdiyini bildirib. Müxtəlif istiqamətlərdə, o cümlədən təhsil və kadr hazırlığı sahəsində əlaqələrin daim dərinləşdiyini vurğulayan V.Sinyavski Minsk şəhərində imzalanmış tədbirlərin Kompleks Planı üzrə yaxın illərdə atılacaq birgə addımların əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar FHN-in İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Səfər çərçivəsində Belarus nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.

Sonra belaruslu nazirə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsi ilə əlaqədar təşkil olunmuş taktiki-xüsusi təlim barədə məlumat verilib.

Tarix
2024.09.25 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

İrəvan Bakıdan bunu almaqdan qorxmur - Tunyan

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

Bayramov-Blinken-Mirzoyan görüşü olacaq - Rəsmi

Zülfüqarov: Bu bizim əmlakdır, İrəvan geri versin!

Ərdoğanın Paşinyana hədiyyəsi mesajdır - Foto

Zelenski müharibəni necə dayandıracaq? - Plan

Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

Ali Baş Komandana JF-17C təyyarələri təqdim olundu - Foto

Bakı İrəvanın “hərbi dişini” çıxartdı - Korotçenko

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla