Yuxarı

Tiflisə şok: Bayden Kobaxidze ilə görüşdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezident Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə görüşdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” mənbələrə istinadla məlumat verib.

“Kobaxidze ilə təmaslar məhduddur, çünki Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları demokratiyaya və gürcü xalqının iradəsinə sarsıdıcı etinasızlığı nümayiş etdirir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden bu gün Nyu Yorkda ənənəvi qəbulda BMT Baş Assambleyasının toplantısına qatılan ölkələrin liderlərini qəbul edəcək.

“Kobaxidzenin qəbulda iştirak etməyəcəyini Gürcüstanın baş nazirinin dəftərxanası təsdiqləsə də, bunun səbəbini açıqlamayıb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Kobaxidze bu gün BMT Baş Assambleyasının iclasında çıxış edəcək.

Tarix
2024.09.25 / 14:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

İrəvan Bakıdan bunu almaqdan qorxmur - Tunyan

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

Bayramov-Blinken-Mirzoyan görüşü olacaq - Rəsmi

Zülfüqarov: Bu bizim əmlakdır, İrəvan geri versin!

Ərdoğanın Paşinyana hədiyyəsi mesajdır - Foto

Zelenski müharibəni necə dayandıracaq? - Plan

Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

Ali Baş Komandana JF-17C təyyarələri təqdim olundu - Foto

Bakı İrəvanın “hərbi dişini” çıxartdı - Korotçenko

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla