Yuxarı

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başım aşağı olan vaxt şəklimi çəkib, yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb, fikirləşirdim.

Axar.az xəbər verir ki, bunu 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev VII çağırış Milli Məclis deputatlarının ilk iclasında yuxulaması barədə yayılan görüntülərə münasibət bildirərkən Teleqraf.com-a deyib.

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb:

"Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə Almaniyaya 20 günlük müalicəyə getməyə hazırlaşıram".

Qeyd edək ki, Prezidentin də iştirak etdiyi VII çağırış Milli Məclisin ilk iclasında bəzi deputatların yuxulaması sosial şəbəkədə tənqid edilib.

Tarix
2024.09.25 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan bunu almaqdan qorxmur - Tunyan

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

Bayramov-Blinken-Mirzoyan görüşü olacaq - Rəsmi

Zülfüqarov: Bu bizim əmlakdır, İrəvan geri versin!

Ərdoğanın Paşinyana hədiyyəsi mesajdır - Foto

Zelenski müharibəni necə dayandıracaq? - Plan

Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

Ali Baş Komandana JF-17C təyyarələri təqdim olundu - Foto

Bakı İrəvanın “hərbi dişini” çıxartdı - Korotçenko

Pakistan qırıcıları Azərbaycan səmasında - Yeni video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla