Yuxarı

5 futbolçumuz “Qarabağ”la oyunu buraxacaq - Postekoqlu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”la oyun öncəsi komandada yeni zədəli futbolçu yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Avstraliyalı mütəxəssis London klubunun heyətində beş futbolçunun Azərbaycan çempionu ilə matçı buraxacağını bildirib:

“Hücumçular Rişarlison və Vilson Odober sıradan çıxıb, Kristian Romero cəzalıdır. Ced Spens və Serxio Regilonun meydana çıxmasına isə həkimlər icazə vermirlər. Heyətdəki itkilərə baxmayaraq, komanda son oyunda və məşqlərdə yaxşı təsir bağışladı. Bu mənada ciddi problem olacağını düşünmürəm”.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarix
2024.09.25 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həsənov Şuqayevlə görüşdü: Rusiya ilə əməkdaşlıq... - Video

Kəlbəcərdə Əlaqələndirmə Qərargahının iclası keçirildi

Bakıdan Berlinə cavab: Onları bundan çəkindirmişik!

Bayramov BMT-nin Ali Komissarı ilə görüşdü - Foto

Zakir Həsənov Nurla hərbi əməkdaşlığı müzakirə etdi

Daha iki mina maşını əməliyyatlara cəlb olunacaq

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

İrəvan Bakıdan bunu almaqdan qorxmur - Tunyan

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

Bayramov-Blinken-Mirzoyan görüşü olacaq - Rəsmi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla