Yuxarı

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi və tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib.

Müşavirədə tabeli tibb müəssisələrində mövcud vəziyyət, vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi, bu sahələrdə olan çatışmazlıqların aradan qaldırılması və s. məsələlərə dair geniş müzakirələr aparılıb.

Həmçinin tarixi zəfərimizin növbəti ildönümünün yaxınlaşması və Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar nəzərdə tutulan tədbirlərdə iştirakla bağlı xüsusi tapşırıqlar verilib.

Bu il ərzində TƏBİB tabeli tibb müəssisələrində İnfeksiaların profilaktikası və infeksion nəzarət (İPİN) və Keyfiyyətin idarə olunması (KİO) sahələri üzrə görülmüş işlərlə bağlı məlumat verən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ətraflı məruzə ilə çıxış edib.

Tibb müəssisələrində İPİN fəaliyyətinin tətbiq edilməsi və inkişafında müsbət nəticələrin izlənildiyini bildirən A.İsrafilov hazırda tabelikdə olan 52 tibb müəssisəsində Keyfiyyətin idarə olunması üzrə mütəxəssislərin fəaliyyət göstərdiyini vurğulayıb. O həmçinin bildirib ki, artıq bir çox tibb müəssisəsində Mərkəzi Sterilizasiya şöbələri də müasir tələblərə uyğunlaşdırılıb. Bundan əlavə, tibb müəssisələri arasında xəstə təxliyələri üçün təxliyə planının hazırlanması barədə də məlumat verən A.İsrafilov yeni təxliyə planının təqdimatını edib.

Yekun nitq ilə çıxış edən Vüqar Qurbanov qeyd edib ki, ən vacib məsələ ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqları xüsusi həssaslıqla yerinə yetirməkdir: “Müəssisə rəhbərləri qarşısında qoyulan əsas istiqamət vicdanla xidmət etməkdir. İşinizin daha keyfiyyətli görülməsi üçün isə bütün imkanlar səfərbər olunub, hər cür şərait yaradılıb. Ötən dövrlə müqayisədə, əlbəttə ki, tibbi xidmətin keyfiyyəti və görülən işlərdə şəffaflıq baxımından böyük yol qət etmişik. Lakin TƏBİB olaraq bununla kifayətlənə bilmərik! Sizdən hədəf və gözləntilərimiz daha böyükdür!”.

Müşavirənin sonunda tibb müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan yoxlamalar zamanı aşkarlanmış qüsur və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib və qısa zamanda onların aradan qaldırılması tələb olunub.

Tarix
2024.09.25 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev qırıcı təyyarədə - Video

Həsənov Şuqayevlə görüşdü: Rusiya ilə əməkdaşlıq... - Video

Kəlbəcərdə Əlaqələndirmə Qərargahının iclası keçirildi

Bakıdan Berlinə cavab: Onları bundan çəkindirmişik!

Bayramov BMT-nin Ali Komissarı ilə görüşdü - Foto

Zakir Həsənov Nurla hərbi əməkdaşlığı müzakirə etdi

Daha iki mina maşını əməliyyatlara cəlb olunacaq

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

İrəvan Bakıdan bunu almaqdan qorxmur - Tunyan

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla