Yuxarı

Prezidentin şiddətli töhmətindən sonra DTX hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin şiddətli töhmətindən sonra DTX hərəkətə keçdi

Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub.

Axar.az Report-a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də Agentliyin Aparat əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi saxlayıb və Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

Tarix
2025.03.10 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla