Yuxarı

Prezident töhmət verdi, Aparat rəhbəri işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident töhmət verdi, Aparat rəhbəri işdən çıxarıldı

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov vəzifəsindən uzaqlaşdırılıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb kimi Agentlikdə baş verən son hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün işində yol verdiyi nöqsanlara görə Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib.

İddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.

2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

ABŞ Dövlət Departamentinin "Fulbright" və "Edmund S.Muskie" Təqaüd Proqramlarının, eləcə də "Arden J.Elsasser Memorial Award" mükafatının qalibidir.

Tarix
2025.03.05 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla