Yuxarı

DİN-dən karqo şirkətinə hücum edən şəxslə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən karqo şirkətinə hücum edən şəxslə bağlı açıqlama

Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – mətbuat xidməti açıqlayıb.

Vurğulanıb ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır:

"Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, daha əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən karqo şirkətinin ofisinə hücumla bağlı məlumat yayılmışdı. Videogörüntülərdə ofisə daxil olan şəxsin əməkdaşa hücum edərək xəsarət yetirdiyi əks olunub.

Tarix
2025.03.21 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla