Yuxarı

Psixopatlığa meyilli 4 bürc: Onlardan uzaq duraq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Psixopatlığa meyilli 4 bürc: Onlardan uzaq duraq?

Psixoloqların analizləri və statistik məlumatlar bəzi bürclərin “qaranlıq tərəflərə” daha çox meyilli olduğunu ortaya qoyur. Hər bir insan fərqli olsa da, bürclərin xarakterik xüsusiyyətləri müəyyən davranış formalarına işıq tuta bilir.

Axar.az xəbər verir ki, astrologiyaya görə, bəzi bürclər psixoloji baxımdan daha təhlükəli xüsusiyyətlərə sahib ola bilər.

Mütəxəssislərə görə, “psixopatlığa ən çox meyilli” 4 bürc bunlardır:

Əqrəb (23 oktyabr – 21 noyabr)

Qaranlıq, sirli və intiqamçı… Əqrəblər hisslərini dərinlikdə yaşayır və asanlıqla bağışlamır. Soyuqqanlı və strateji düşüncə tərzləri sayəsində bəzən duyğusuz təsir bağışlaya bilirlər. Manipulyasiya bacarıqları yüksək olan əqrəblər əsəbiləşdikdə dağıdıcı ola bilirlər.

Oğlaq (22 dekabr – 19 yanvar)

Planlı, nizamlı, lakin bəzən duyğusuz… Oğlaqlar hadisələrə məntiq prizmasından yanaşır, vicdan yerinə məqsədlərini ön plana çəkə bilirlər. Soyuqqanlı davranışları empati çatışmazlığı kimi qiymətləndirilə bilər. Psixoloji araşdırmalara əsasən, serial cinayətkarlar arasında oğlaq bürcündən olanların nisbəti diqqətçəkicidir.

Əkizlər (21 may – 20 iyun)

Zəkası ilə yanaşı, dəyişkən xarakteri ilə də tanınır… Əkizlər istədikləri zaman hər kəsi inandıra biləcək qədər təsirli danışa bilirlər. İkiüzlülük, manipulyasiya və ani emosional dəyişikliklər onları təhlükəli edə bilər. Gerçək hisslərini gizlətməkdə ustadırlar.

Dolça (20 yanvar – 18 fevral)

Soyuq, məsafəli və qaydalara qarşı etinasız… Dolçalar bəzən cəmiyyətin xaricində dayanmağı üstün tutur. Ənənəvi emosional bağlar onlara darıxdırıcı görünə bilər. Fərdiyyətçiliyi yüksək olan dolçalar başqalarının hisslərinə biganə qala bilər. Bu isə onları “robotvari” və hətta psixopat kimi göstərə bilər.

Tarix
2025.04.19 / 01:53
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla