Yuxarı

Azərbaycanda dəhşətli qəza: 1 ölü, 6 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Rayonun Mərkəzi Xəstəxanasından ANS-ə verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar. Həmin şəxslər aşağıdakılardır:

1. İntiqam Allahverdi oğlu Bəkirov - 1991-ci il təvəllüdlü, Zaqatala rayonunun Qımır kənd sakini

2. Abdurrahman Nəzir oğlu Hacıyev- 2003-cü il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

3. Zöhrə Nəzir qızı Hacıyeva- 1996-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

4. Sevil Aslan qızı Nəzirova- 1976-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

5. Mədinə Abdulla qızı Mustafayeva- 1964-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

6. Gülnar Mais qızı Sadıqova- 1993-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

Ölən şəxs isə 1932-ci il təvəllüdlü, Zaqatalanın Qazangül kənd sakini Hacıyeva Pərixan Əhməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.06.09 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla