Yuxarı

Gədəbəydə sel fəsadları aradan qaldırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə güclü yağış və selin fəsadları aradan qaldırılır. Kənd yolları xüsusi texnika vasitəsilə təmizlənir. Qəzalı vəziyyətdə olan 6-ya yaxın körpü təmir olunur. Sel nəticəsində kənd yollarının kənarında sürüşmə iri çuxurların yaranmasına səbəb olub.

ANS-nin məlumatına görə, təbii fəlakət nəticəsində Gədəbəyin Düz Rəsullu, Çay Rəsullu, Göyəlli və digər kəndləri Axınca çayının daşması nəticəsində xeyli ziyan çəkib. Düz Rəsullu kənd sakini 32 yaşlı Osman Rzayev çaydan keçmək istəyərkən selə düşüb və həyatını itirib. Təbiətin şıltaqlığı kənd təsərrüfatına da ciddi ziyan vurub. Əkin sahələri selin altında qalıb. İri və xırda buynuzlu mal-qara tələf olub.

Yerli sakinlər sonuncu dəfə belə güclü yağışın 30 il əvvəl yağdığını deyirlər. Güclü yağış və selin vurduğu ziyanla bağlı təxmini göstəricilər artıq məlumdur.

Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, 70-ə yaxın xırda buynuzlu, 15 iribuynuzlu mal-qara məhv olub. Eləcə də 1000 hektar əkin sahəsinə ziyan dəyib. Bir neçə ev qəzalı vəziyyətə düşüb. Rayona dəyən ziyan yaxın günlərdə dəqiqləşəcək.

Tarix
2016.06.17 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla