Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
4.31K subscribers
2.76K photos
80 videos
2 files
4.52K links
Download Telegram
Sürücülərin nəzərinə: bu yollar daraldı
Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-ə hazırlıq işləri davam edir. Tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti-Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov-Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralıb.

Bu barədə Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq.

Qazma işləri 10 gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.
Bakı nefti 120 dollara qalxdı
Dünya
birjalarında neft qiymətləri yenidən bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 113,82 dollara, yüngül neftin bir barreli isə 113,70 dollara satılır.

Bakı nefti isə 119,39 dollara qalxıb.
“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdü
Kremlin erməni əsilli təbliğatçılarından olan jurnalist Marqarita Simonyanın “Avroviziya” musiqi yarışması ilə bağlı paylaşımı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Kult.az xəbər verir ki, yarışmanın nəticələri elan edildikdən sonra Simonyan öz Teleqram hesabında belə yazıb:

“Gələn il “Avroviziya” Rusiyada keçiriləcək”.

Simonyanın bununla bütün Ukraynanın işğal ediləcəyini nəzərdə tutması səbəbindən əks reaksiyalar özünü çox gözlətməyib. Bəziləri Simonyana xatırladıb ki, Rusiyanın “Avroviziya”da təmsilçiliyinə son qoyulub, digərləri isə Marqaritanın fikirlərini “marazm” adlandırıblar və bu cür işğal mesajlarının səsləndirilməsinə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, builki “Avroviziya”nın qalibi 631 xalla Ukrayna seçilib.
Ukrayna ordusu bu istiqamətdə uğur qazandı
Bu gün əsas istiqamətlərdə vəziyyət nəzarət altındadır, lakin rus qoşunları hələ də Putinin siyasi tapşırığını yerinə yetirməyə, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.

“Əsas istiqamətlərdə vəziyyət nəzarətdədir. Donetsk və Luqansk istisna olmaqla, Krivoy Roq, Zaporojye, Cənubi Buqdurda vəziyyət stabildir. Donetsk və Luqanskda Rusiya hücum əməliyyatlarını davam etdirir, Putinin siyasi tapşırığını yerinə yetirməyə çalışırlar”, - Jdanov bildirib.

O qeyd edib ki, rus qoşunlarının Xarkovdan geri çəkilməsi Ukrayna Silahlı Qüvvələrinin ayrıca istiqamətdə əks-hücumunun nəticəsidir:

“Biz düşmənin zəifliyindən istifadə edərək ərazimizi qismən azad etdik və az qala Ukraynanın dövlət sərhədinə çatdıq. Onları darmadağın etdik, rusların bir qismi Luqansk istiqamətinə köçürüldülər. "
Xəbərdarlıq edirəm, bunun sonu müharibədir - Baxçalı
Bəzi NATO ölkələri Türkiyəyə qarşı məhdudiyyətlər və sanksiyalar tətbiq edir.

Axar.az xəbər verir ki, bu sözləri MHP başqanı Dövlət Baxçalı deyib.

“F-16-larla bağlı ABŞ-la konkret inkişaf yoxdur. F-35-ləri xatırlayan yoxdur. Üstəlik, ABŞ PKK və YPG-yə dəstəyini davam etdirir. ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edərkən, terror təşkilatlarını sanksiyalardan azad etdi. NATO-nun genişlənmə siyasətinə girməsi üçün Türkiyənin münasibəti həlledicidir. Bütün qərarlar konsensus əsasında həyata keçirilir. Ukraynada müharibə bitməmiş, atəşkəs və sülh rejimi bərqərar olunmamış, NATO-da yeni üzvün iştirakı bəşəriyyəti yeni atəşə aparacaq. Finlandiya və İsveçin mümkün NATO üzvlüyü mövcud balansı sarsıdacaq və Rusiyanı fərqli mövqeyə daşıyacaq. Hər kəsə xəbərdarlıq edirəm, bunun sonu sülh deyil, müharibədir”, - o qeyd edib.
📌 Kiyevə nə dəstəyi verdiksə, Tiflisə də onu edəcəyik
👉 AB ərazisində silahlı münaqişə baş verəcəyi təqdirdə Gürcüstan və Moldovaya da Ukraynaya göstərdiyi dəstəyi verməyə hazırdır.

📢 Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.

🗣 “Biz Gürcüstana çətinliklərin öhdəsindən gəlmək üçün hər cür kömək edəcəyik. Bilirik ki, Gürcüstan və Moldova Rusiyanın təhlükəsini hiss edir və biz Ukrayna məsələsində olduğu kimi, onlara da dəstək verməyə hazır olacağıq. Xoşbəxtlikdən Gürcüstan və Moldovada müharibə yoxdur”, - Borrell bildirib.
Türkiyəni razı sala bilərik - Lambrext
Finlandiya
və İsveç kimi 2 güclü ölkənin NATO-ya qoşulması sərvətdir və əminəm ki, Türkiyə də buna razı olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.

“Almaniya İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini dəstəkləyir. Türkiyənin bəzi etirazları olduğunu bilirik, amma ümid edirik ki, NATO bunun öhdəsindən gələcək”,- Lambrext qeyd edib.
Ruslar Xarkovda genetika bankını külə döndərdi
Rusiya Xarkovda 160 mindən çox bitki növü və hibridinin saxlanıldığı genetika bankını tamamilə dağıdıb.

Axar.az xəbər verir ki, bunu V.Y Yuryev adına Bitkiçilik İnstitutunun aparıcı elmi işçisi Sergey Avramenko deyib.

“Toxumlar artıq səpinə hazırlanırdı və mart ayından işçilər kolleksiyanı səpməli idilər. Rusların gəlişindən sonra hər şey, on minlərlə toxum nümunəsi külə döndü. Bu, dünya kolleksiyası idi. Məhv edilənlər arasında yüz illərlə yaşı olan, köhnə sortlar var idi ki, onları bir daha bərpa edə bilməyəcəyik”, - Avramenko bildirib.

Qeyd edək ki, bank İkinci Dünya müharibəsində Xarkovun alman işğalında olduğu zaman salamat qalmışdı.
Rusiya imkan verməsə, Xankəndiyə DİN girməlidir
https://axar.az/news/gundem/646581.html
Neft yenidən ucuzlaşdı
Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 112,35 dollara, yüngül neftin bir barreli isə 113,29 dollara düşüb.
Putinə buna görə biz yalvardıq, Bakı yox - Marukyan
Aprel döyüşləri altı il əvvəl baş verib, lakin onun ətrafındakı sirlər hələ də aktuallığını qoruyur.

Axar.az xəbər verir ki, bunu erməni diplomat Edmon Marukyan deyib.

“Maraqlıdır, Vladimir Putindən sonda bu silahlı toqquşmanı dayandırmağı kim xahiş edib – Bakı, yoxsa İrəvan? Hətta xahiş etmək çox yumşaq səslənir, yalvardılar. İndi də aydın oldu ki, bu, erməni tərəfi idi. Keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun Azərbaycanın guya 2016-cı il aprelin 5-də hərbi əməliyyatları dayandırmaqla bağlı Rusiyadan xahiş etməsi barədə açıqlamasını şübhə altına alıram. Dördgünlük müharibə zamanı Azərbaycan çox güclü strateji mövqelər ələ keçirdi, ona görə də müharibənin dayandırılmasını tələb edə bilməzdi. Mənim əlimdə təkzibolunmaz sübutlar var ki, Moskvaya hərbi əməliyyatları dayandırmaq üçün yalvaran məhz İrəvan olub. İstəmirəm özümüzü, xalqımızı aldatmağa davam edək”, - Marukyan bildirib.
Generalların savaşı: ABŞ generalı Rusiyaya əsir düşdü? – Foto
Rusiyanın Mariupolda “Azovstal”a hücumları zamanı əsir götürdüyü hərbçilər arasında ABŞ Xüsusi Əməliyyat Qüvvələri keçmiş komandanlarından admiral Erik Tor Olsonun da olması haqqında iddia səsləndirilib.

Axar.az xəbər verir ki, bu haqda terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar özünün rəsmi Tvitter səhifəsində yazıb.

“Doğrusa, böyük səs-küy qopar! Öldürülən rus generalına qarşı əsir alınan ABŞ generalı!

Tam bir generallar savaşı! Tam bir müzakirə-bazarlıq mövzusu!”, - Ağar qeyd edib.

Xatırladaq ki, ötən gün “Azovstal” zavodunda müqavimət göstərən ukraynalı əsgərlərin təslim olmasından sonra sözügedən foto yayılıb. Halbuki bu foto 2 mayda Mariupolda bir neçə ukraynalı hərbçinin ruslara əsir düşməsi zamanı yayılmışdı.
🇷🇺 Putinin qərarı ən çox Nikolu pis vəziyyətə qoyur
👉 Ukraynada müharibə başlayandan bəri ilk dəfə mayın 16-da Moskvada KTMT liderlərinin sammiti keçirildi. Sammitdə Rusiya KTMT-yə üzv dövlətlərdən siyasi dəstək almaq istəyirdi.

📢 Bu sözləri Axar.az-a rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib.

🗣 “Vladimir Putinin bu Zirvə görüşündə çıxışından sonra deyə bilərik ki, bütün baş verənlər fonunda KTMT-nin müəyyən siyasi hadisələrə yanaşması dəyişəcək. KTMT-nin prosesə qoşulduğu Qazaxıstanla bağlı hadisəni xatırlayırıq. Kreml ən azı diplomatik mətnlər şəklində təşkilat üzvlərindən konkret dəstək almağa ümid edir. Eyni zamanda, Rusiya başa düşür ki, bu, çətin məsələdir, çünki Ukraynada müharibəyə başlamaq qərarı KTMT-dəki tərəfdaşlarla müzakirə olunmayıb. Burada yalnız Rusiya Prezidentinin planlarından ilk gündən xəbərdar olan Belarus Prezidenti Aleksandr Lukaşenko var. Hazırda KTMT-nin bu sammiti, o cümlədən Rusiyanın özü tərəfdaşlarını çətin vəziyyətə salıb."
⚔️ Kadırov ağzından qaçırdı: Səfərbərlik...
Rusiyada səfərbərliyə ehtiyac yoxdur, rusiyalılar özləri vətəni müdafiə etməyə qalxmalıdırlar.

📢 Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

🗣 “Mənə tez-tez sual verirlər ki, səfərbərlik olacaq? Heç kim səfərbərlik elan etməməlidir. Biz hamımız səfərbər olmalıyıq, prezidentimizin ətrafında sıx dayanıb, dövlətimizin təhlükəsizliyini təmin etməliyik”, - Kadırov bildirib.

🇺🇦⚔️🇷🇺 Qeyd edək ki, Kadırovun bu sözləri birmənalı qarşılanmayıb. Bəzi siyasi müşahidəçilər Kadırovun sözünü Rusiyanın səfərbərliyi “könüllü müraciətlər” görüntüsü altında həyata keçirmək variantı üzərində işlədiyinin işarəsi hesab ediblər.
Bu ölkələrə necə razılıq verək? - Ərdoğan
NATO müttəfiqlərimizin həssaslığımızı başa düşmələrini və dəstəkləmələrini, sərhədlərimizi qorumaq üçün göstərdiyimiz səylərə anlayışla yanaşmalarını gözləyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizə terrorçu verməyəcəksiniz, sonra NATO-ya daxil olmaq üçün bizdən dəstək gözləyəcəksiniz. PKK-ya dəstək vermək və üzvlük üçün dəstək istəmək uyğunsuzdur. Terrorçuları bizə təhvil verməyən ölkələrin NATO üzvlüyünə “hə” deyə bilmərik. NATO-nun genişlənməsi həssaslığımıza hörmət etdiyi dərəcədə bizim üçün məna kəsb edir", - Ərdoğan bildirib.
Ukrayna daha bir rus təyyarəsi vurdu
Ukrayna
hərbçiləri daha bir Rusiya təyyarəsini vurublar.

Axar.az xəbər verir ki, bu barədə Ataman Kostya Qordienko adına 57-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat xidməti məlumat yayıb.

“Mayın 18-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölməsi Rusiyanın hərbi təyayrəsini vurub”, - məlumatda qeyd olunub.
🇦🇿 Ermənistanla sülh sazişi imzalamaq istəyirik - Prezident
👉 Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik.

📢 Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

🗣 Azərbaycan Prezidenti bildirib ki, Gitanas Nauseda ilə geniş tərkibdə görüş zamanı regional vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi geniş müzakirə edilib:

🇦🇿 "Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var", - Prezident vurğulayıb.
Nura Suri məşhur narkobaronun qardaşı ilə - Foto
İfaçı
Nura Suri bir neçə gündür Kolumbiyadadır.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, Nura burada dünyaca məşhur narkobaron Pablo Eskobarın qardaşı ilə görüşüb.

Suri 75 yaşlı Roberto Eskobarla fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Roberto de Xesus Eskobar Qaviriya ABŞ-da qaçaqmalçılıq yolu ilə daxil olan narkotikin 80%-nə nəzarət edən “Medelyin Birliyi”nin (narkotikin satışı ilə məşğul olan şəbəkə - red.) keçmiş mühasibi və qurucu şəriklərindən biridir. Pablo Eskobarla birlikdə həbsxanadan qaçıb, bir il sonra təslim olub.

On il həbsdə qaldığı müddətdə məktub zərfinin içində gizlənən bombanın üzünə yaxın partlaması nəticəsində bir gözünü itirib.
Türkiyə razı olacaq, ancaq bunları alandan sonra

Türkiyə sonda Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək, lakin bunun müqabilində Qərbdən iqtisadiyyat və təhlükəsizlik sahəsində imtiyazlar və güzəştlər istəyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Salem Dövlət Universitetinin siyasi elmlər professoru Kanişkan Sathasivam danışıb.

“Əsl səbəb odur ki, Türkiyə NATO-dakı dəyərli olan səsini özü üçün faydalı bir şeyə çevirmək istəyir. Bunun Finlandiya və ya İsveçlə heç bir əlaqəsi yoxdur”, - professor söyləyib.

Politoloqun sözlərinə görə, hazırda Türkiyə ABŞ və digər Qərb dövlətlərindən siyasi və diplomatik uzaqlaşma, daxildə isə ciddi iqtisadi problemlərlə üzləşib:

“Ona görə də Ərdoğan bu məsələni Qərbdən imtiyazlar, güzəştlər və yardımlar əldə etmək üçün bir vasitə kimi istifadə etməyi hədəfləyir”.

Ekspertə görə, Türkiyənin irəli sürdüyü istənilən şərt yalnız İsveç və Finlandiyaya şamil ediləcək və Ərdoğan bu ölkələrdən nəsə almağa çalışacaq.