Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
👍82😱1🤬1🤡1
📌 ADY kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri görsə və infrastrukturda yenilənmələr aparsa da, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri olaraq qalır.

⚠️ 2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində

- ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər;
- 18 dəfə toqquşma qaçılmaz olub;
- nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.

ℹ️ Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.

📢 ADY bir daha insanlarımızı dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, istisnasız qaydada dəmir yolu keçidlərindən istifadə etməyə, qayda və tələbləri gözləməyə çağırır.

🛡️Dəmir yolunu yüz ölçün, bir keçin.

#ady #azərbaycandəmiryolları
2
Aparılacaq təmir işləri ilə bağlı 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
👍2👎1🤣1
⚡️ İsmayıllıda 3.2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla 17:54:53-də qeydə alınıb.
🙏7🤣1
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib

Bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

Bununla da səhiyyə nazirinin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
4👍2
Media is too big
VIEW IN TELEGRAM
Bütün insanlar yalan danışmağa meyillidir, çünki…
8
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Kasıb acından ölməmək, varlı isə həzz üçün cin@yət edir - Müşfiq Abbasov | 1-ci Hissə | Ətraflı : https://youtu.be/9Mai9GTjX5w?si=6Y4P7q4urNDL1YL3»
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
👎12👍10🎉7🏆3
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri Litva və Lixtenşteyn oldu.
👍71
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Beta” çayında saç tükü çıxdı – istehlakçı şikayət etdi

“Beta” markalı çayın içindən saç tükü çıxması ilə bağlı görüntülər yayılıb. Şikayətçi tərəfindən göndərilən videoda çay paketinin içində açıq şəkildə saç tükünün olduğu görünür.

İddialara görə, vətəndaş çayı dəmləmək istəyərkən qablaşdırmanı açıb və bu zaman məhsulun içində saç tükü olduğunu aşkarlayıb. O, baş verənlərin sanitar-gigiyenik qaydalara zidd olduğunu deyib.
😱6🥴1