Yuxarı

Azərbaycanla əlaqələrə xüsusi önəm veririk - Pakistan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir.

Axar.az xəbər verir ki, bu fikri Pakistan Baş nazirinin xarici işlər üzrə xüsusi köməkçisi Tariq Fatimi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşdə söyləyib.

Baş nazirin köməkçisi Azərbaycan və Pakistan arasında mədəniyyət, ticarət və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib. O qeyd edib ki, hər iki ölkə bir-birini daim dəstəkləyir və bu da dostluğumuzun əbədi olmasından xəbər verir.

T.Fatimi Pakistan prezidentinin 2015-ci ildə Azərbaycana səfərini xatırladıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün təkan olduğunu vurğulayıb.

Baş nazirin köməkçisi Pakistan hökumətinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu bildirərək səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir qardaş ölkələrimizin istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda bir-birinə hər zaman dəstək verdiyini, siyasi münasibətlərlə yanaşı, iqtisadi, mədəni, hərbi-texniki, enerji, elmi və digər sahələrdə də mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün özünün və səfirliyin səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsi ilə bağlı işlərin davam etdirilməsinə dair müzakirələr aparılıb.

Tarix
2016.07.05 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla