Yuxarı

Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, diplomatiya tariximizdə müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovun doğum günüdür.

Kult.az xəbər verir ki, Ə.Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə anadan olub.

Tarixçi alim Zaur Əliyev Topçubaşov haqda 3 maraqlı tarixi faktı bölüşüb:

1. 1888-ci ildə (26 yaşında olarkən) Əlimərdan bəy hüquq elmləri namizədi adını alır. Peterburq Universitetinin Hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun Mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul edir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina edir və universitet haqqında Çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir.

2. 1920-ci ildə Azərbaycanı Sovet Rusiyası işğal etdikdən sonra artıq Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Əlimərdan bəy Topçubaşov soyadındakı “-ov” sonluğunu atır, yazışmalarında, mətbuat çıxışlarında və rəsmi müraciətlərində bir qayda olaraq “Topçubaşı” imzasından istifadə edir.

3. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşov ölüm anında vəsiyyət etmişdi ki, mən öləndə gözlərimi bağlamayın. Soruşublar ki, niyə. Deyib ki, mən uşaq olanda anam belə bayatı söylərdi:

Mən aşiq kəsən ağlar,

Bəxtindən küsən ağlar.

Qərib yerdə ölənin,

Gözünü basan ağlar.

“Nə zaman Vətəndə məni dəfn etsəz, gözümü onda bağlarsız”, - deyir.

Qeyd edək ki, Xalq Cümhuriyyətinin qurucularından olan Ə.Topçubaşov 1934-cü il 8 noyabrda Parisdə dünyasını dəyişib.

Tarix
2024.05.04 / 20:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi

Nikol İranla sərhədi bağlayıb, Türkiyəyə sığınacaq

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla