Yuxarı

Xalq artisti Oqtay Əliyevin öldüyü qəzadan danışdı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İl boyu bu barədə heç vaxt danışmadım. Mənə edilən zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə.

Kult.az xəbər verir ki, bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdən birində xalq artisti Mehriban Zəki deyib.

Aktrisa bir il əvvəl əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib.

“Avtomobil yolun kənarına çıxanda mən “Oqtay, Oqtay” deyib onu səslədim. İlk zərbədə huşumu itirdim. Sonra huşum gələndə ilk Dilarənin (əməkdar artıst Dilarə Əliyeva, Oqtay Əliyevin xanımı - red.) səsini eşitdim. Deyirdi ki, Mehribanın üzü qandır, Oqtay. Hər şeyi dumanlı xatırlayıram. Özümə gələndən sonra sosial şəbəkələrdə gördüm. Naxoş olan şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda o halım heç yadımda deyildi. Yadımda olan isə o idi ki, gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm, sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum”.

Aktrisa Oqtay Əliyevin ölümünün ona bir gün sonra söyləndiyini deyib.

Tarix
2024.05.06 / 11:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla