Yuxarı

5 yol qəzasında 5 nəfər öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 25-ində bir neçə rayonda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov "Mersedes" markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxananaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Digər hadisə Şamaxı şəhərində baş verib.

Şəhər sakinləri Arif Əliyevin idarə etdiyi VAZ-2103 və Pənah Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə P.Nəbiyev hadisə yerində ölüb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı da ölüm halı qeydə alınıb.

Rayonun Qarabaldır kəndində rayon sakinləri Xanlar Məmmədovun idarə etdiyi VAZ-21063 və İlkin Gülməmmədovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.

Nəticədə X.Məmmədov hadisə yerində ölüb, İ.Gülməmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər yol nəqliyyat hadisəsi Səbayıl rayonunun Salyan yolu küçəsində qeydə alınıb.

Saatlı rayon sakini Kamal Ağayev idarə etdiyi "Rənc Rover" markalı avtomobillə yolu keçən həmyerlisi Ələmdar Xanəliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş Ə.Xanəliyev iyulun 25-də orada ölüb.

Səbayıl RPİ tərəfindən araşdırma aparılır.

İyulun 23-də Abşeron rayonu ərazisində Bakı şəhər sakini Mirsəməd Həşimov idarə etdiyi "Cili" markalı avtomobillə yolu keçən 28 May qəsəbə sakini Ətraf Rəhimovu vurub.

Daha sonra xəstəxanaya yerləşdirilən Ə.Rəhimov iyulun 25-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
2016.07.26 / 16:15
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla