Yuxarı

Azərbaycanın vitse-prezidenti kim olacaq? – YAP

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər hansı beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın təmsil olunması, bunun hamısını cənab Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Trend-ə müsahibəsində deyib.

YAP funksionerinin sözlərinə görə, operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılacaq:

"Bu dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Digər tərəfdən, dövlət idarəçilik aparatının təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklər zərurəti yarandı. Azərbaycan sosial dövlətdir. Sosial dövlət olduğu üçün sosial ədalət əsas prinsiplərdən biridir. Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxıb. Həmçinin, insan hüquq və azadlıqlarını məhdudlaşdıran yaş senzinin aradan qaldırılması vətəndaşlarımızın özlərinin seçib-seçilmək hüququnu sərbəst şəkildə həyata keçirməsinə imkan yaradacaq. 18 yaşına çatmış bir insanın istənilən bir məsələyə münasibət bildirməsinə məhdudiyyətin qoyulması tarazlığın pozulmasına gətirib çıxarırdı. Azərbaycanda 5 milyona yaxın seçici var. 3 milyona yaxını 35 yaşa qədər olan vətəndaşlardır. Yəni, 3 milyona yaxın insana digər rəhbər vəzifələrə seçib-seçilmək hüququ veriləcək".

YAP rəsmisi bildirib ki, bəzi qüvvələr Konstitusiyanı qərəzli şərh edirlər:

"Həmin qüvvələrin hüquqşünasları əlavə və dəyişikliklərdə doğru olmayan hər hansı məqamlarla bağlı tutarlı hüquqi fakt ortaya qoya bilməyiblər. Azərbaycan yerləşdiyi coğrafi məkan bütün dünya ölkələri ilə əlaqə qurulması üçün vacib strateji əhəmiyyətli nöqtədir. Bu baxımdan Azərbaycanın təmsilçiliyi məsələsi çox aktuallaşıb. Keçmişdə 10 ilə görülən işlər indi bir neçə aya, bir neçə günə görülür. Dünya operativ idarəetmə sisteminə keçib. Vitse-prezidentlik institutunun yaradılması cənab Prezidentin həyata keçirdiyi islahatların surətinə uyğunlaşdırılmasıdır.

Vitse-prezidentlik institutu təmsilçilik baxımından yüksək instansiya hesab olunur. İdarəçilik sistemi getdikcə genişlənir. Hər hansı beynəlxalq konfransda, tədbirdə Azərbaycanın təmsil olunması, bunun hamısını cənab Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir, o cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır. Yəni, dünyada idarəetmə sistemi daha operativləşdiyindən vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var. Vitse-prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanın ali icra orqanlarında struktur dəyişiklikləri olacağı gözləniləndir.

Azərbaycanda kimlərin vitse-prezidentliyə şanslı olmasına gəlincə, bu səlahiyyət cənab Prezidentə aiddir. Cənab Prezident kimi məsləhət, layiq biləcəksə, təbii ki, o şəxslər də vitse-prezident kimi fəaliyyət göstərəcək".

S.Novruzov Yeni Konstitusiya dəyişikliklərinin Parlamentin fəaliyyətini, səlahiyyətlərini məhdudlaşdırmayacağını bildirib:

"Parlamentin səlahiyyətləri olduğu kimi qalır. Prezidentə impiçmentdən tutmuş, hökumətlərin hesabatları, Baş nazirin təsdiqi, büdcənin təsdiqi və ona nəzarət, Ombudsmanın təsdiqi və digər məsələlər Azərbaycan parlamentinin səlahiyyətlərinə aiddir. Sadəcə, parlamentin buraxılması məsələsi ilə bağlı bəzi əlavələr olub. Bu da ölkədə baş verə biləcək hər hansı xaosun yaranmasının qarşısının alınmasına xidmət edir. Tutaq ki, parlament bir il ərzində iki dəfə hökumətin hesabatını qəbul etməsə, bu praktikada heç müstəqillik dövründə olmayıb, onda Prezident parlamenti buraxmaq səlahiyyətlərə malik olacaq. Yerdə qalan məsələlərdə parlamentin fəaliyyətini məhdudlaşdıran məsələlər yoxdur. Və ya Prezidentin səlahiyyətlərinin genişlənməsindən söhbət getmir. Sadəcə, operativ idarəetmə sistemi üçün vitse-prezidentlik institutunun yaradılması ehtiyacı yaranıb".

Tarix
2016.08.26 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla