Yuxarı

Lənkəranda avtomobil yolu çökdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar Lənkəran rayonunda sürüşməyə səbəb olub.

Report-un xəbərinə görə, rayon mərkəzindən 25-30 km aralıda yerləşən kəndlərinə aparan yolda sürüşmə baş verib. Belə ki, dağlıq relyefdə yerləşən bu yol el arasında Biləsər yolu kimi tanınır. Təxminən 3 min əhalinin məskunlaşdığı bu ərazidə Daştatük, Biləsər, Alazəpin Seliqəvola və Bəlet kəndləri yerləşir.

Sakinlərin bildirdiyinə görə, yol 5 istiqamətdə çöküb. Hərəkət məsafəsi 3 metr olan yolun eni bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 metrə qədər azalıb. Nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaranıb. Eni daha az olan yerlərdə sürücülər təhlükəli manevr etməklə yolu keçirlər. Bu halın bir həftədir davam etdiyini söyləyən sakinlər yolla bağlı problemləri olduğundan yerli idarəetmə qurumlarının da xəbərdar olduqlarını söyləyirlər. Lakin hələlik problem qalmaqdadır.

Tarix
2016.10.27 / 13:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla