Yuxarı

Tanınmış jurnalist ölüm ayağındadır - Yeniləndi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-11-08 12:44:00

Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) reanimasiya şöbəsində yerləşdirilib.

Bu barədə Pia.az-a jurnalistin yaxınları məlumat verib. 1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkim xəstənin vəziyyətinin sabit-ağır olduğunu deyib.

Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem var və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın dayandırıldığını bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.

Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu "Yeni Müsavat" qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com" saytına rəhbərlik edib.

2016-11-09 00:35:00

1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti çox ağırdır.

Modern.az bildirir ki, dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zabil Müqabiloğlu artıq palataya köçürülüb. Jurnalistin palataya köçürülməsini həkimlər onun yaşamaq şansının çox az olmağı ilə əsaslandırıblar.

Qeyd edək ki, Zabil Müqabiloğlu Zəngilan rayonundan məcburi köçkündür, Bakıdakı yataqxanalardan birində məskunlaşıb, evlidir, 1 azyaşlı oğlu var.

Tarix
2016.11.09 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla