Yuxarı

Təbrizdə aksiya: Meydanlar nəzarətə götürüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 9-u səhər saatlarından başlayaraq, Təbrizin Ərk Qalasının ətrafındakı bütün küçə və meydanlar polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.

Məlumata görə, polis və təhlükəsizlik qüvvələrinin Ərk Qalasına gedən küçə və meydanları nəzarətə götürməsinə səbəb keçirilməsi gözlənilən etiraz aksiyası ilə bağlıdır. Belə ki, milli fəallar və ətraf mühitin müdafiəçiləri sosial şəbəkələrdə Güney Azərbaycanın tarix və kimliyinin ən mühüm simvollarından sayılan Ərk Qalasının tədrici məhvinin qarşısının alınması ilə bağlı əhaliyə çağırış edib.

Güney Azərbaycan milli kimliyi uğrunda fəaliyyət aparan fəallar bir neçə gün əvvəldən sosial şəbəkələrdə yazılar yayaraq, əhalini noyabrın 10-u axşam saat 17.00-da Ərk Qalası ətrafında toplaşmağa, etirazını dinc şəkildə ifadə etməyə çağırıb.

Bu arada Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar yeni yaradılan Türkdilli Deputatlar Fraksiyası barədə ilginc açıqlamaları ilə diqqət çəkib. O, Fraksiyaya qarşı iftiralar atanlara sərt təpki verib: "Mərənd və Culfa əhalisinin millət vəkili cənab Həsənnəjad bu yolda çoxlu zəhmət çəkib və İdarə Heyətinin seçim iclasını təşkil edib. İclasdan sonra fraksiya rəsmiləşib və parlament fraksiyaları arasında qeydə alınıb. Lakin bizə millətçilik damğası vururlar, bu doğru deyil. Biz bölücü deyilik, əgər bölücü olsaq, onda gərək Xorasan, Kohkiluye-Boyr Əhməd, Qorgan, Gilan, Fars və Həmədanı da ayıraq. Ona görə ki, İranın əksər bölgələrində türk cəmiyyəti yaşayır. Belə olduğu halda biz ölkəni necə bölə bilərik?!

Biz deyirik ki, türk bölgələri inkişaf etməlidir və heç bir millətçilikdən söz getmir. Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır və tarix boyu İranı qoruyublar, sonda isə bizim Səttarxanımız gəlib Tehranda Məşrutəni bərqərar edib. Əgər ayrılmaq istəyi olsaydı, elə o zaman baş tutardı".

Gunaz TV-nin məlumatına görə, Türkdilli Deputatlar Fraksiyasının yaradılmasına və ana dilinin tədrisinə qarşı olanları sərt şəkildə tənqid edən millət vəkili onları "münafiq" adlandırıb. "Nifaq salanların İrana ürəyi yanmır. Əgər onlar İranı sevsəydilər, İran üçün canını fəda etmiş bir qövmü təhqir etməzdilər! Konstitusiyaya görə fars dili bizim rəsmi dilimizdir və biz də həmin qanunun 15-ci maddəsinə əsasən, fars dili ilə yanaşı, ana dilimizi də istəyirik", - deyə o vurğulayıb.

Tehran əhalisinin İran parlamentindəki millət vəkili Əlirza Məhcub isə deyib ki, onun özü də Türkdili Deputatlar Fraksiyasına üzv olub. "Ümid edirəm ki, bu birlik türk dili və ədəbiyyatının inkişafına səbəb olacaq. Konstitusiyada qeyd olunduğu kimi, bütün mədəniyyətlərə diqqət ayırmaq lazımdır. Eyni halda istər fars olsun, istər türk və s. radikallığa yol verməməlidir. Konstitusiyada nə varsa, onu da qəbul edirik. Türk dili qədim dildir, bizim mədəniyyət və folklorumuz bu dildən irəli gəlir", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, İran parlamentində 100-dən artıq deputat Türkdilli Deputatlar Fraksiyasını təsis edib. Türklərin bu addımı isə İranın bir sıra dairələrində ciddi təşvişə səbəb olub.

Tarix
2016.11.09 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla