Yuxarı

Mişel Platini Bakının qalib gəlməsindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi bizdə hər şey yaxşıdır. Hazırlaşmaq üçün hələ ki vaxt var". Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.

Bu gün İsveçrənin Cenevrə şəhərindəki "Espace Hippomene" Sərgi Mərkəzində UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.

Paytaxtımız Bakı da turnirə ev sahiblik edəcək bu şəhərlərdən biri olub. 2020-ci ildə reallaşcaq qitə birinciliyində paytaxımız 3 qrup oyunları və 1/4 finalı qəbul edəcək.

Ali qrumun rəhbəri bununla bağlı fikirlərini bildirib: "Çünki azarkeşlər çox gözəl turnirdə iştirak edə bilmək üçün çalışmaq gərəkdir. Bu ölkələri seçməkdə məqsədimiz, onların böyük beynəlxalq aeroportlarının olmasıdır. Seçim, milli komandaların gücü və ya ölkələrin turizm cazibədarlığı ilə diktə edilməmişdi. Bizim meyarlarımız aeroportlara, həmiçinin də nəqliyyat vasitələrinə aiddir. 1/4 finalların keçiriləcəyi yerlərə baxaraq, biz görürük ki, onlardan ikisi şərqdə baş tutacaq. Digər ikisi isə qərbdə. Düşünürəm ki, İcraiyyə Komitəsinin üzvləri balansı tapmağa çalışıblar - Cənubda Roma və Bilbao, Şimalda Kopenhagen və Sankt-Peterburq".

Qeyd edək ki, Bakı ilə yanaşı qalib şəhərlər Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Brüsseldir (Belçika). Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək.

Tarix
2014.09.20 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla