Yuxarı

Fondda qeydiyyata alınan əcnəbilərin sayı artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınan əcnəbilərin sayı artıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən məlumata görə, 2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb. 2014-cü il dekabrın 1-nə olan statistikaya əsasən, Fond tərəfindən əlavə olaraq 5012 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini ( 19 724 nəfər) kişilər, 10,8 faizini (2 388 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları ( 11 815 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 492 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 269 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (864), Çin Xalq Respublikası (741) Hindistan (605), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (331), Ukrayna (244), Özbəkistan (235), Banqladeş Xalq Xespublikası (202), Filippin ( 189), Almaniya ( 185), Türkmənistan (181), ABŞ (164), Qazaxıstan (154), İtaliya (144), Koreya Respublikası ( 135), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir.

Tarix
2014.12.22 / 10:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla