Yuxarı

Heydər Əliyev adına Arenadan - Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək I Avropa Oyunları üçün təmirə bağlanılan Heydər Əliyev adına İdman Arenası fevralın sonunadək təhvil veriləcək.

Report-un məlumatına görə, 2014-cü ilin dekabrından təmirinə başlanılan kompleksin hər iki korpusunda əsaslı təmir işləri aparılıb.

Binanın birinci mərtəbəsində 3 zal yerləşir. Əsas zalda Avropa Oyunları zamanı güləş, sambo və cüdo yarışları keçiriləcək. İdmançıların hazırlığı üçün 750 kv.m sahəsi olan məşq zalı və yeməkxana da fəaliyyət göstərəcək. Püşkatma zalı və dopinq nəzarəti otaqları da birinci mərtəbədə yerləşir.

Təmir işlərini həyata keçirən "A+A" şirkətinin iş icraçısı Natiq Mikayılov "Report"a açıqlamasında kompleksdə tamaşaçı və qonaqlar üçün qida məntəqələrinin olacağını deyib: "İkinci mərtəbədə foye və qida məntəqələri, daha yuxarı mərtəbədə VİP və kompleks rəhbərliyinin inzibati otaqları olacaq. Bundan başqa həmin mərtəbədə Avropa Oyunları ailəsinin otağı və informasiya texnologiyaları kabinetləri fəaliyyət göstərəcək. 4-cü mərtəbədə təhlükəsizlik otaqları var və 2 böyük monitor quraşdırılıb. Video nəzarət və şərhçi otaqları 5-ci mərtəbədə olacaq".

Ümumilikdə 7100 tamaşaçı tutumuna malik olacaq Heydər Əliyev adına İdman Arenasında əlillər və media nümayəndələri üçün də oturacaqlar quraşdırılır. Fasad və interyerdə əsaslı dəyişikliklərin olduğunu söyləyən N.Mikayılov layihənin yerli mütəxəssislərə məxsus olduğunu deyib: "Son 6 ay ərzində metal konstruksiya yığılıb və son tamamlanma işləri gedir. 12 min kv.m ərazi İtaliya istehsalı olan membran örtüklə örtürülür. Daha sonra işıqlandırma işlərinə başlanacaq".

250 - 270 işçinin çalışdığı kompleksdə hazırda işlər yekunlaşdığından, sınaq yarışları da keçiriləcək. "Təmirin əvvəllərində fasad işləri görüləndə 500-ə yaxın işçi çalışırdı. Avropa Oyunları zamanı idman kompleksində açılış mərasimi olacaq. Lakin apreldə 2 test yarışı nəzərdə tutulub. Hər hansı çatışmazlıq olsa, aradan qaldırılacaq" - deyə iş icraçısı bildirib.

Qeyd edək ki, I Avropa Oyunları zamanı Heydər Əliyev adına İdman Kompleksində 13 - 18 iyunda güləş, 22 iyunda sambo, 25 - 28 iyunda cüdo yarışları keçiriləcək.

Tarix
2015.01.31 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla