Yuxarı

İlham Əliyev Bakı Ağ Şəhər bulvarında - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Dövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bakı Ağ Şəhər bulvarı Prezident İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın "Qara şəhər" kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır. 2013-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq "Bakı Ağ Şəhər" layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirəcək. Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanır, vaxtaşırı tikinti meydançalarını gəzir, layihənin yüksək zövqlə icra olunmasına şəxsən nəzarət edir.

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində olacaq, müasir iaşə və xidmət obyektləri yaradılacaq. Burada dənizkənarı piyada yolları çəkiləcək, xüsusi yaşıllıq zonaları yaradılacaq, müxtəlif sahilbərkitmə işləri həyata keçiriləcək. Həmçinin bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa ediləcək.

Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artıracaq. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edəcək.

Dövlətimizin başçısı yeni bulvarın müxtəlif yerlərində aparılan inşaat işlərinin gedişi ilə maraqlandı və müvafiq tapşırıqlarını verib.

Tarix
2015.03.30 / 20:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla