Yuxarı

Azərbaycan məhkəməsində bir ilk yaşandı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhkəmə prosesi ədalətli keçdi. Hakimlər müstəqil qaydada qərar verə bildi. İkinci və əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycanda mənəvi zərərə görə ödənilən məbləğlər indiyə qədər çox simvolik səciyyə daşıyırdı. Bu dəfə məhkəmə prosesinin tələb etdiyi təzminat ölkə reallığı üçün yüksək sayıla biləcək qədərdir. Təbii ki, bu, Avropa məhkəmə sisteminə uyğun və bizim istədiyimiz məbləğ deyil, amma ölkəmiz üçün ilk presedentdir".

Bu sözləri Axar.az-a həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümü ilə bağlı hakim İkram Şirinovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarı şərh edən hüquq elmləri doktoru Fərhad Mehdiyev deyib.

Prosesdə zərərçəkənin nümayəndəsi kimi çıxış edən F.Mehdiyevin sözlərinə görə, iddiaçı tərəf olaraq onların tələbləri əslində cəmiyyət üçündür və Azərbaycan cəmiyyətinə mesajdır:

"Bu prosesdə hakim İkram Şirinovun sədrliyi ilə məhkəmə heyəti bizim 2 ilə yaxındır davasını apardığımız sosial mesajı cəmiyyətə ötürməklə, bir ilkə imza atdı. Ölüm işində əli olan bütün həkimlər maddi məsuliyyətə cəlb olundu. Həmçinin, əməliyyatı həyata keçirən "Medi Sina" klinikası da məsuliyyətə cəlb olundu, klinikaya cinayət içi açıldı, əmlakına həbs qoyuldu.

Klinikaya cinayət işinin qaldırılması cəmiyyətə ünvanlanan böyük bir sosial mesajdır. Artıq digər klinikalarda bu tip əməliyyatların aparılmasında, müalicə işində bu qərarın ciddi təsirinin olacağına əminəm. Bundan sonra klinikalar da, həkimlər də öz məsuliyyətlərini dərk edəcəklər ki, səhlənkarlıq edərlərsə və bunun nəticəsində insan ölümü baş verərsə, həm cinayət, həm də maddi məsuliyyət daşıyacaqlar. Xəstəxanalar da məhkəmənin gəldiyi nəticədən sonra seçdikləri həkimlərdə, onların apardığı əməliyyatlarda daha diqqətli olacaqlar".

Hüquqşünas alim bildirib ki, növbəti mərhələdə məbləğin daha da artırılmasına çalışacaqlar:

"Məhkəmədən gözləntilərimiz, məhkəmənin həkim səhlənkarlığına qarşı qəti mövqe göstərməsi ilə bağlı umduqlarımız qismən həyata keçdi. Bu qərarla İkram Şirinovun sədrlik etdiyi məhkəmə heyəti həkim səhlənkarlığı nəticəsində ölüm hallarının qarşısının alınması istiqamətində uğurlu bir addım atmış oldu. Bu qərarın ictimailəşməsi vacibdir və inanın ki, məhkəmə heyətinin mövqeyi neçə-neçə çocuğun yetim qalmasının, gənc insanların ölümlərinin qarşısının alınmasında əhəmiyyətli dərəcədə rol oynayacaq. Düzdür, ödənilən kompensasiya məbləğləri dünya praktikası ilə müqayisədə həddən artıq azdır. Amma bu, məsələnin ayrı tərəfidir və biz bundan sonra hüquqi müstəvidə aparacağımız davada bu məbləği artırmaqla, cəmiyyətə, xüsusən səhiyyə sistemində çalışan və öz nəfsinin qulu olan bəzi həkimlərə mesajlarımızı davam etdirəcəyik. O cür həkimlər bilməlidirlər ki, heç bir səbəb olmadan, yalnız para qazanmaq üçün insanı əməliyyata götürmək və onun ölümünə bais olmaqla nəinki cinayət məsuliyyəti, həm də ciddi maddi məsuliyyət daşıyırlar və bu maddi məsuliyyət onların bütün əmlakının əllərindən çıxmasına səbəb ola bilər. Vicdanı olmayan, ancaq maddiyyatı düşünən bəzi həkimlərə bu mesaj mütləq çatdırılmalıdır. Ona görə də Azərbaycan məhkəmə sistemində yaranan bu müsbət presedenti davam etdirəcəyik".

Xatırladaq ki, ötən gün, iyulun 31-də həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davası Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə davam etdirilib. Məhkəmə E.Tofiqqızının əməliyyatının həyata keçirildiyi "Medi Sina" klinikasının mənəvi zərər olaraq 20 min manat, həkimlərdən Firuz İbrahimovun 10 min manat, Mahir Məmmədov və Fərəcullah İdrisovun isə hər birinin 6 min manat təzminat ödəməsi barədə qərar verib.

Məhkəmə həmçinin klinika barədə araşdırma aparılması üçün xüsusi qərar çıxararaq, Baş Prokurorluğa göndərib. "Medi Sina" klinikasının müvafiq əməkdaşlarının, məsul şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasını yoxlamaq üçün xüsusi qərar çıxararaq cinayət işinin başlaması məqsədilə sənədlər Baş Prokurorluğa göndərilib. Məhkəmə həmçinin "Medi Sina" klinikasının bütün əmlakına həbs qoyub.

Tarix
2015.08.01 / 13:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla