Yuxarı

Azərbaycanlılar ən çox bu ölkəyə səfər edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib.

"Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turistlər və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14,9%, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24,3% artıb. Bu çox müsbət göstəricidir", - deyə baş nazir bildirib.

Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrin sakinləri deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.

Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfər təşkil edib.

Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 min 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 min 71 nəfərlə Turkiyə gəlir.

Tarix
2016.06.07 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla