Yuxarı

Nizami Gəncəvi ilə bağlı sensasion iddia - 80 illik arayış

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə sosial şəbəkələrdə yayımlanan “Nizaminin Azərbaycana aidiyyəti yoxdur” kimi absurd düşüncələrə cavab olaraq hələ 80 il bundan əvvəl sabiq SSRİ Elmlər Akademiyasında ciddi tədqiqatlar aparılıb.

Kult.az xəbər verir ki, bu sözləri AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli qeyd edib. O, Nizami Gəncəvi ilə bağlı maraqlı bir faktı açıqlayıb:

“Planetar miqyaslı mütəfəkkir, şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinə hazırlıq işləri ilə bağlı respublikamızın Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəhbərliyi 1938-ci ilin sentyabr ayında EA Azərbaycan Filialı Rəyasət Heyətinə, eləcə də SSRİ Elmlər Akademiyasına rəsmi müraciət edib.

SSRİ EA akademik katibliyinin sorğusuna cavab olaraq professor Yevgeni Eduardoviç Bertels (1890-1957) Nizami Gəncəvinin kimliyi haqqında yığcam arayış hazırlamışdı. İlk dəfə yayımlanan və Rusiya EA Arxivindən əldə etdiyim həmin arayışı oxuculara təqdim edirəm:

“Nizami – Nizaməddin İlyas ibn-Yusif 1140/1141-ci illərdə Gəncədə (əvvəlki Yelizavetpol, indiki Kirovabadda) doğulub, bütün ömrünü orada yaşayıb və 1202/1203-cü ildə (1209-cu il - A.R.) elə orada da dəfn edilib. Onun məzarı indi də məşhurdur, amma göründüyü kimi tənəzzülə uğrayıb. O vaxt Gəncə Şirvan xanlığının tərkibində idi və beləliklə Nizami ərazi etibarilə İranla bağlı deyildi, halbuki fars ədəbiyyatına böyük təsir göstərmişdi. O vaxt Şirvanın ədəbi dili – feodal-zadəgan dairələrinin ünsiyyət vasitəsi fars dili olub. Nizaminin əsərləri yuxarı dairələr üçün nəzərdə tutulduğuna görə fars dilində yazılıb. İstisna edilmir ki, Nizami fars dili ilə yanaşı müəyyən dərəcədə türk, ola bilər ki, gürcü dilini də bilirdi". Prof. Y.E.Bertels” (Rusiya Elmlər Akademiyasının Arxivi. Fond-394, siyahı-16 (1938), iş-5).

Düşünürəm ki, bu gün də sosial şəbəkələrin imkanlarından yetərincə faydalanaraq cəmiyyətdə Nizami Gəncəvinin vətəni, kimliyi ilə bağlı şübhə toxumu səpənlər üçün professor Y.E.Bertelsin mötəbər fikirləri ən tutarlı arqumentdir”.

Tarix
2018.09.23 / 23:43
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Batyanın yerində bu evdar xanım olsaydı, Bakıya nə deyəcəkdi?

Rəisinin helikopterinin "qəza anı" həqiqətdir? - Video

Prezident Rəisi ilə son görüşündən danışdı

Rəisinin faciəli şəkildə həlak olması... - Əliyev

Prezident İran səfirliyində... - Foto

Prezident Qüdrətovu qəbul etdi

Azərbaycan da matəm elan edə bilərmi? - Aynur Camal

Rəisinin ölümü: Ölkədə nələr ola bilər? - Rus ekspert

İranın Azərbaycandakı səfiri vəzifəsini o icra edəcək

"Laçın" qırıcısı Azərbaycana təhvil verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla