Yuxarı

Bolqarıstan qəzeti İlham Əliyevin məqaləsini dərc etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın nüfuzlu “24 Çasa” (24 Saat) qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun saytında verilmiş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlardan bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur. Həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları bildirilir, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.

Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan “Media Group Bulgaria” tərəfindən 1991-ci ildən nəşr olunan “24 Çasa” (24 Saat) gündəlik qəzeti həftə içi 52 min 200, həftə sonu isə 97 min 820 nüsxə tirajla bütün ölkədə yayılır.

Tarix
2017.01.17 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla