Yuxarı

Nazirliklər ləğv ediləcək, bəzi qurumlar isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Struktur islahatları çərçivəsində müəyyən nazirliklər ləğv ediləcək, bəzi komitələr isə birləşəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili hazırda islahatların prezident tərəfindən təsdiq olunan yol xəritəsinə uyğun aparıldığını və buna görə də indidən konkret ad çəkməyin tərəfdarı olmadığını bildirib:

“Struktur isalahatları davam edəcək. Ancaq daha hansı qurumlar ləğv olunacaq və birləşəcək, bu, artıq ölkə başçısının səlahiyyətində olan məsələdir. Bu proses birdən-birə olmur, əvvəlcə nazirliklərin iş rejimləri yoxlanılır, ən sonda isə bu qurumların bir-birinə uyğunluğu nəzərdən keçirilir. Hesab edirəm ki, struktur islahatları çərçivəsində müəyyən nazirliklər ləğv ediləcək, bəzi komitələr isə birləşəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib. Sərəncama uyğun olaraq yeni nazirliyə Ramin Namiq oğlu Quluzadə nazir təyin edilib.

Tarix
2017.02.20 / 12:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla