Yuxarı

Ermənilərin dostu, Naxçıvanı “özünə qatan” dövlət doğulur – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdüstan yaranacaq, onu yaradacaqlar. Əvvəlcə Kərkük, Mosul da daxil olmaqla, İraqın şimalında bu prosesə start veriləcək.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, ekspert Rəşid Hacılı İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumuna münasibət bildirərkən qeyd edib. Ekspert iddia edib ki, bu prosesin qarşısını İraq, İran və Türkiyə ala bilməyəcək.

“Bəlkə də onun inkişafını, güclənməsini, ətraf ölkələrdən torpaq istəməsini əngəlləyə biləcəklər, ancaq yaranmasının qarşısını ala bilməyəcəklər”.

R.Hacılının fikrincə, Türkiyənin atdığı addımların bunun qarşısını almaqda effektiv olacağı mübahisəlidir.

“Təəssüf ki, Kürdüstan dünyaya bizə dost kimi gəlməyəcək. Birincisi, türklərə görə onlarla dost ola bilməyəcəyik; ikincisi, separatizmə qarşı olduğumuza görə”, - o bildirib.

Ekspert “Kürdüstan”ın bu vilayətdə efirə gedən hava haqqında məlumatdakı “xəyali xəritəsini” xatırladaraq, “Böyük Kürdüstan”a İrandakı soydaşlarımızın yaşadıqları Urmiya ilə yanaşı, hətta Naxçıvanın da “daxil edildiyini” bildirib:

“Kürdüstan Ermənistanın müttəfiqi olacaq, ermənilərin regionda bir dayağı da artacaq. Separatizmi birlikdə dəstəkləyəcəklər”.

Ekspert “Kürdüstan”ın doğulması ilə regionun tam mərkəzində uzunmüddətli çəkişmələrə yol açacaq yeni qaynar qazanın yaranacağını və bu prosesə hazırlaşmalı olduğumuzu bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilir. İraq, İran və Türkiyə bu referenduma qarşı ən sərt açıqlamalarla çıxış edirlər.

Tarix
2017.09.25 / 13:52
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla