Yuxarı

Yaralanan hərbçimiz snayper imiş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan ordusunun yaralanan hərbçisi hazırda Şəmkir hərbi hospitalındadır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov öz Feysbuk səhifəsində çıxış edib.

O, yaralanan hərbçinin snayper olduğunu bildirib:

"Dünən Qazax rayonunun Quşcu Ayrım kəndi istiqamətində gedən atışma nəticəsində yaralanan MAXE-nin adı Tural Mustafayevdir. O, ordumuzun snayperi imiş. Qarnından və bir qolundan 7.62 güləsi ilə yara alıb və Şəmkir hərbi hospitalına evakuasiya edilib. Ümumi vəziyyəti haqqında məlumat verəcəyik".

Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmi saytının yazdığına görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu cəbhənin Qazax rayonu istiqamətində yaralanmışdı.

Tarix
2014.07.30 / 11:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla