Yuxarı

Mütəllibovun axtarışa verilməsi əsassızdır, Sərkisyan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan və Köçəryan beynəlxalq axtarışa verilməlidir.

Bu sözləri Axar.az-a Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı erməni ictimai xadim Marina Qriqoryanın Ayaz Mütəllibov və Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsi haqqında açıqlamasını şərh edərkən söyləyib.

“Ermənilərin heç bir haqqı yoxdur ki, Şahin Tağıyev və ya Ayaz Mütəllibovu beynəlxalq axtarışa versinlər. Hər bir azərbaycanlı öz torpağı uğrunda mübarizə aparıb və torpağını müdafiə edib. Biz Ermənistanda vuruşmamışıq. Düşmən bizim üstümüzə gəlib və Şahin Tağıyev də hansısa döyüşdə erməniləri məhv edibsə, bunu özünü, torpağını müdafiə üçün edib. Qriqoryanın bu sözləri mənasız bir açıqlamadır. İnanmıram ki, kimsə buna ciddi yanaşsın. Əksinə, məncə, müharibəni törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu sırada Robert Köçəryandan tutmuş Serj Sərkisyana qədər hər kəs dayanmalıdır. Onların hamısı Azərbaycana qarşı cinayət törədiblər. Bu insanlar hərbi canidirlər. Xocalı soyqırımında şəxsən Serj Sərkisyanın və Robert Köçəryanın özü iştirak edib. Bu adamlar ədalət qarşısında cavab verməlidirlər. Qriqoryanın açıqlaması çox mənasızdır”, – Akif Nağı bildirib.

Qeyd edək ki, az öncə Ermənistanın ictimai xadimi Marina Qriqoryan eks-prezident Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini tələb edib.

Şahin Tağıyev hazırda İsveçdə yaşayır. O, Qarabağ müharibəsi zamanı “Qurtuluş” batalyonunun rəhbəri olub. Müharibədən sonra bir müddət Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi çalışıb.

Tarix
2018.02.23 / 13:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla