Yuxarı

Hava limanında güclü təsirə malik dərmanlar saxlanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər güclü təsirə malik dərman preparatlarını müsadirə edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Emil Abdurəşid oğlu İbrahimov əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

E.İbrahimov gömrük nəzarətindən keçərkən, hərəkətləri və əl çantasındakı təsvirlər şübhə doğurduğu üçün, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun saxlanılıb. Sərnişinin çantası təkrar yoxlamadan keçirilib və orada üzərində “LYRICA Pfızer Pregabalin 300mg kapsul” sözləri yazılmış üç qutuda ümumilikdə 168 ədəd kapsul aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq arayışına əsasən, həmin kapsuldakı dərman preparatı preqabalindir. Ümumi sayı 168 ədəd olan kapsulda (bir kapsulda 300mg) təsiredici maddənin ümumi miqdarı 50,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.03.24 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla