Yuxarı

Azərbaycan həqiqətləri tailandlılara hədiyyə edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tailandın bir sıra nüfuzlu QHT və KİV-ləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.

Axar.az xəbər verir ki, deputat Azərbaycanla Tailand arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlərin mövcud olduğunu bildirib.

"Yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək. Toplumlarımızın qarşılıqlı olaraq bir-birini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin də üzərinə böyük bir missiya düşür", - millət vəkili qeyd edib.

Qənirə Paşayeva QHT və KİV rəhbərləri ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə də bağlı geniş məlumatlar verib.

Millət vəkili həmçinin bir sıra tanınmış media və mətbuat nümayəndələrinə geniş müsahibələr verib və onları maraqlandıran sualları cavablandırıb.

Görüşün sonunda Qənirə Paşayeva Tailandın QHT və KİV rəhbərlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən, ingilicə sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" film kataloqunu və müxtəlif materialları hədiyyə edib.

Tarix
2016.01.18 / 11:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla