Yuxarı

Azərbaycanlı rus əsgərini şam kimi yandırdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayev ANS TV-nin efirində yayımlanan "Nəzər Nöqtəsi" verilişinin qonağı olub.

Vahid Mustafayevin müsahibəsini təqdim edirik:

– Siz "Qanlı Yanvar" filminin həm ssenari müəllifi, həm də rejissorusunuz. Hadisələrin şahidi olmağınız ssenari müəllifi kimi nə dərəcədə kömək oldu. Yəni siz gördüklərinizi, müşahidə etdiklərinizi ssenaridə əks etdirə bildinizmi?

– Öncə bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun demək istiyirəm. Biz bu gün, əsasən Azərbaycanın müasir tarixinin şanlı səhfəsini qeyd edirik. Azərbaycanın müstəqilliyi, eləcə də bizim bügünkü günümüz uğrunda öz şirin həyatlarını bizə və vətənə bağışladıqlarına görə onların hamısına rəhmət diləmək istəyirəm. Onların valdeyinlərinə mən təşəkkürümü bildirmək istəyirəm ki, belə oğullar, qızlar böyüdüblər. "Qanlı Yanvar" filminin ərsəyə gəlməsində mənim gördüklərimin hansısa bir faydasının olub-olmamasına gəlincə, sözsüz ki, olub. Ümumiyyətlə, bu film demək olar ki, 90 faiz mənim gördüklərimin əsasında çəkilib. Filmin əvvəlində də qeyd edilib ki, film baş verən real hadisələrin əsasında çəkilib. Bu hadisənin üzərindən uzun bir müddət – 26 il keçib. Bu isə böyük bir rəqəmdir. Düşünürdüm ki, bu hadisə haqqında film çəkiləcək. Buna görə də biz özümüzü çox irəli çəkmirdik ki, bu işdə hansısa bir töhvə verək. Lakin dostlarımın, silahdaşlarımın rəhmətə gedən şəhidlərin ruhu, sözün düzü məni sakit oturmağa imkan vermirdi.

Bu istər "Xoca", istər "Yaddaş", istər "Bulağıstan" və digər filmlərimdə olduğu kimi. Hər dəfə yuxudamı, xəyallarımdamı uşaqlarla görüşürdüm. Onlar tərəfindən bir növ təpki görürdüm. Nə təpkisiydi bu? İnsanlar özlərinin həyatlarında ən şirin olan canlarını, həyatlarını, gələcəklərini nəyəsə görə bir anda verməyə hazır olmaları, şücaəti, qəhramanlığı məni həmişə heyrətləndirirdi. Biz bir yerdəydik. Amma hansısa bir müddətdən sonra biz aramızdan bir neçə adamı tapa bilirdik. Onlar şəhid olmuşdular, yox idilər. Bu da sözsüz ki, pula və yaxud hansısa bir orden və medala görə edilən hərəkətlər deyil. Bu həyatını verən gənc oğlana sadəcə olaraq gələcək nəsillərdə cavan, gözəl bir xanımın onlar haqqında şeir, mahnı oxuması, yaxud film şəklində onların qəhramanlığını göstərməsinə görə bunları edirdilər? Məhz vətən yanğısı o deməkdir ki, mən vətənə görə belə yana bilirəm, sən də onu edə bilərsənmi? Sözün düzü hər dəfə bir filmləri ərsəyə gətirəndə bir az sakitləşirəm. O uşaqların da təpkisindən azad oluram.

- Müsahibələrinizdə belə demisiniz ki, içimdə bir qorxu vardı bu filmi çəkməmişdən öncə. Zənnimcə məhz siz o barədə danışırsız.

- Hadisələrlə bağlı hərbçilər məni daha yaxşı baş düşərlər. Hadisələrdə iştirak edən və hadislər zamanı dost itirənin depresiyon vəziyyəti daim onun üzərində olur. İnandırım ki, depresiyadan çıxış yollarından biri də belə filmlərin ərsəyə gətirilməsidir.

– Biz bu hadisələrin şahidi olmuşuq. Fikirimcə, bu o hadisələr idi ki, həmin dövrdə şəxsiyyətlər yetişirdi. Bu gün Azərbaycan gündəmində nəzərə çarpan şəxsiyyətlər, maraqlı insanlar, istər yaradıcılıq, istərsə də siyasi sahədə olsun məhz həmin dövrün yetişdirdiyi insanlardır. Necə bilirsiz bu dövr bir şəxsiyyət yetişdirmək baxımından da qiymətli bir dövr idi.

– Sizinlə tamamilə razıyam. Sosialogiyanın bir elm olaraq qanunları var. Hər bir cəmiyyətin aparıcı qüvvəsi sosialogiya elminə əsasən iki faiz olur. Pozitiv və neqativ qüvvələrin toqquşması nəticəsində cəmiyyətdə bir inkişaf olur, cəmiyyət irəliləyir. Əhalimizin iki faizini götürsək - 8 milyonun iki faizi hardasa 16 min adam edir. Ümumiyyətlə 1980-ci illin axırları və 1990-cı illin əvvələrindən atəşkəs elan olunan dövrə qədər hardasa 20 minə yaxın gəncimizi itirmişik. Sosialogiya elminin qanunlarına əsasən yəqin ki, demokratiya, müstəqillik və torpaq uğrunda müharibələrdə bizim itirdiklərimiz ən qeyrətli uşaqlar və ən pozitiv qüvvə idi. Bu nə deməkdir? Bu isə o deməkdir ki, o zaman biz bütün bir təbəqəni, yəni qabaqdan gedən pozitiv hissəni itirdik. Qaldı ancaq neqativ.

– Amma mən deməzdim ki, ancaq neqativlər qalıb. Çünki neqativ qalsaydı bu cür bədii əsərlər yaranmazdı.

– Mən ümumiyyətlə öz həyatım boyu Azərbaycan xalqını müxtəlif vəziyyətlərdə müşahidə etmişəm. Azərbaycan xalqı mobilizə etməyi bacaran xalqdır. Bir anda daxili potensialını, yəni tarixən bizim qanımızda olan qəhrəmanlıq, şücaət hislərini bir anda göstərə biləcək bir millətdir. Fikir verdinzisə filmdə əsasən 6-7 gənc tamamilə fərqli insanlardır. Onlar arasında namaz qılan Əli də var. Onların hamısı romantikdilər. Biri qəhraman, digəri isə cənnətə düşmək istəyir. Fikir verin ki, onların hamısının ideyaları təmiz və safdır. Bunların heç biri ölmək haqqında fikrləşmirdilər. Amma hamısı istəyirdilər ki, vətənləri müstəqil olsun. Bunların arasında xuliqanı da, söyüş söyəni də var. Biz eyni zamanda filmdə bir növ işğalçıların qarşısını almağa hazırlaşan gənclərin sərbəst bir şəkildə rəqs etdiyini görürük. Digər bir tərəfdən isə iki inqilabçı bir-birilə öpüşürlər. Mən uşaq olanda yadımdadır ki, hər zaman valdeyimlərim deyirdi ki, özünü yaxşı aparmalısan, məktəbdə qiymətlərin yaxşı olmalıdr, yoxsa sən heç vaxt qəhrəman olmayacaqsan. Biz doğrudan Sovet filmlərinə baxanda görürdük ki, qəhrəman adamlar həmişə məktəbdə əlaçı və hamıdan qabaqcıl olmalı idilər. Lakin bu həyatda belə deyil. Həyatda isə məktəbdə ən pis oxuyan oğlan belə qəhrəman ola bilər. Ona görə ki, qəhrəmanlıqla, şücaətlə, vətənpərvərliklə digər sahələrin heç bir əlaqəsi yoxdur. Bu tamamailə fərqli bir notdur, tamamilə fərqli bir yerdə yerləşir.

– Razılaşın ki, bunu yetişdirmək lazımdır. Amma bunu yetişdirmək, istiqamətləndirmək lazımdır. İnanıram ki, bu filmə baxandan sonra auditoriyanın böyük bir qismində ya vətənpərvərlik hissi onlarda artacaq, ya da onlarda yaranacaq. Burada gəncləri nəzərdə tuturam.

– Düşünürəm ki, vətənpərvərlik hissi ananın südü ilə insana keçir. Mənim sadəcə olaraq filmdə vətənpərvərliyi aşılamaq fikirlərim yox idi.

– Elə bir niyyətiniz olmayıb?

- Xeyr. Elə bir niyyətim yox idi. Ona görə ki, vətənpərvərlik hisləri dediyiniz kimi ya var, ya da yoxdur. Düşünürəm ki, Azərbaycan xalqının əksəriyyətində vətənpərvərlik hissi çox yüksəkdir. Sadəcə olaraq o vətənpərvərlik hissi istifadə etmək imkanları bizim beynimizdə yeni ideyalar, yeni hərəkətlər mövcud informasiyanın sintezi nəticəsində yaranır. O informasiyanın mövcudluğu çox lazımdır. Əsas məqsəd o idi ki, bugünkü gənclərə göstərək ki. baxın belə bir vəziyyətə düşəndə işğalçı sizin ölkənizə girəndə siz nə etməlisiniz.

– Eyni zamanda bu film bir dərslikdir. Yeni baxışdır. Orada tankların altında əzilmiş məzlum Azərbaycan xalqı yoxdur.

– Ümumiyyətlə mən məzlum Azərbaycan xalqı görməmişəm.

– İllərlə bu bizə aşılanıb?

– Bilirsiniz bunu aşılayan adamlar nakam və tamamilə reallıqdan uzaq olan adamlardırlar. Hansısa siyasi xülyalarını reallıqla çaşdırıb Azərbaycan xalqına kiminsə bir nov yazıqlığını çatdırmaq istəyirdilər ki, baxın bizə yazığınız gəlsin. Amma mən istəmirəm ki, kiminsə bizə yazığı gəlsin. Mənə niyə yazığı gəlməlidir ki.

– Filimdə çox maraqlı bir məqam var. Filmdə qəhrəman olmaq istəyən qız Zita bir anlıq dayanır və deyir ki, həmişə söylədiyim himnin sözlərini indi anlayıram. Sizin orda mesajınız nə idi.

- Tamamilə doğrudur. Bizim himnimizin çox vacib hissəsi var. Orada deyilir ki, biz vətənimiz uğrunda ölməyə cümlə hazırız və vətənimiz uğrunda qan tökməyə cümlə hazırız. Bu günə qədər bu da bizim yazıq xalq olduğumuz kimi gənclərə elə aşılanırdı ki, canımızı verməyə də, qanımızı tökməyə də vətən uğrunda biz hazırıq. Bu elə deyil. Canımızı verməyə biz hazırıq. Amma qan tökməyə cümlə hazırıq isə o deməkdir ki, biz kiminsə qanını tökməyə cümlə hazırıq. Və bu qanı biz mütləq tökməliyik.

- Bu qurbanlar bahasına əldə olunur?

- Düşmənin qurbanları. Biz gərək düşmənin qanını tökək. Kim ki, Azərbaycana qılıncla gələcək, qılıncla da ölməlidir. Bunu hər bir azərbaycanlı bilməlidir. Bu gün Azərbaycanın 40 faizdən çox torpaqları – İrəvan, Zəngəzur daxil olmaqla işğal atındadır. Bu torpaqları gərək biz qaytaraq. Burada mənim də çox böyük səhvim var, mənim də günahım var. Qarabağ müharibəsini biz uduzmuşuq. Mənim üçün, yəni bir fərd olaraq. Biz onu uduzmuşuq. Amma şükür Allaha ki, bu müharibə hələ qurtarmayıb. Bizm hələ onu udmağa və geri götürməyə şansımız var. Bu şansları əldə etmək üçün insanlar başa düşməlidirlər ki, bizim bu gün kimdənsə qorxmağımız, kiminsə yanında özümüzü məzlum göstərməyimiz lazım deyil. Bu gün Amerika ordusunda hamının çəkinməsinə səbəb odur ki, Hollivud Rembo, Rokki və digər qəhrəmanlar yaradıb. Amerika ordusu İraqa daxil olanda bir dəfə də olsun döyüşə atılmadı.

- 2015-ci ildə bu filmi bitirdiniz. Artıq bu film böyük ekranlarda nümayiş olunur. Bildiyimə görə, bir çox kinoteatrlarda bu filmin pulsuz olaraq nümyiş etdirilir.

– Bəli kinoteatrlardan bizə müraciət etdilər ki, bu filmi göstərmək istəyirik. Onlardan rica etdim ki, bunu pulsuz etsinlər. Buna bütün xalqımız gəlib vəsait ödəmədən baxa bilsin. Bu filmi ərsəyə gətirməkdə bizim heç bir kommersiya maraqlarımız yox idi. Sözsüz ki, biz çox böyük pullar xərcləmişik. Bu məqamda mən çəkiliş qruppasına və orada iştirak edən bütün aktyorlara, gözəl insanlara təşəkkürümü bildirmək istəyirəm. Onlar da böyük bir qəhrəmanlıq və şücaət göstəriblər. Eyni zamanda cənab prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O, tanklarla və digər hərb texnika ilə kömək etməsə idi, biz bu filmi çəkə bilməyəcəydik. Lakin maliyyə nöqteyi-nəzərindən filmi öz vəsaitimizlə çəkmişik.

– Film çəkildi, bütün proses bitdi. Bir tamaşaçı kimi artıq bu filmə baxa bilirsinizmi? Baxanda düşünə bilirsinizmi burada nələrsə səhv olub. Nələrisə daha yaxşı çəkmək olardı. Hansı istiqaməti dəyişmək olardı. Baxanda belə bir fikirlər olurmu?

– Napoleondan bir dəfə soruşublar ki, sizin kimi sərkərdə olmaq üçün nə etmək lazımdır. Napoleon cavab vermişdi ki, sadəcə olaraq istəmək lazımdır. Mən istədim və bu film ərsəyə gəldi. Bir daha Napoleondan soruşublar ki, hansısa bir döyüşü udmaq, müvəffəqiyyət qazanmaq üçün nə lazımdır.O, demişdi ki, üç şey lazımdır – pul, pul və yenə də pul. Sözsüz ki, bu filmi çəkəndə mənim kasıb büdcəm olmasydı və mənim pulum daha da çox olsaydı mən bu filmi daha da gözəl çəkərdim.

– Bir tamaşaçı kimi bu filmi seyr edəndə az bir büdcə ilə çəkildiyi ilə bağlı bir təəssürrat yaranmadı.

– Əlimdən gələni etmişəm ki, xarici ölkələrdə təəssürrat görünməsin. Pulla əlaqəli çox vacib bir məsələni də qeyd edim. Deyildiyi kimi, bu hadisələrdə özüm iştirak etmişəm. Bu döyüşlərdə yaxın dostlarımı itirmişəm. Lakin pula görə filmdə göstərə bilmədiyim məqamlardan biri də ondan ibarət idi ki, Ceyhun adlı bir oğlan vardı. Molotov-kokteyli ataraq bir əsgəri tamamilə şam kimi yandırmışdı. Bu hadisələrdə 32 sovet əsgəri öldürülüb. Və onlardan biri də bu idi. Mən çox istəyirdim ki, bu səhnəni göstərim. Sonradan o oğlanı güllə ilə vurdular.

Müsahibənin davamına videomaterialda baxa bilərsiniz...

Tarix
2016.01.21 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla