Yuxarı

XİN: “Qarabağdakı erməni fermerlərin İran səfəri…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin fermer və əkinçilərinin İrana səfəri həqiqəti əks etdirmir.

Bunu Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib. Onun sözlərinə görə, XİN diplomatik kanallar vasitəsilə bu məlumatı araşdırıb:

"İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib. Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub".

Qeyd edək ki, bir müddət öncə Ermənistan KİV-də Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri etdiyi və İran rəsmiləri ilə görüşməsi barədə məlumat yayılıb.

Tarix
2016.01.21 / 10:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla