Yuxarı

ABŞ "Qran-prisi"nin qalibi bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ferrari" pilotu Kimi Raykonnen Ostin avtodromunda keçirilən Formula-1 üzrə ABŞ Qran Prisinin qalibi olub.

Report-un məlumatına görə, finlandiyalı idmançı 56 mərhələnin yekununda finişə 1 saat 34 dəqiqə 18,643 saniyəyə çatıb. Bununla da aktivinə daha 25 xal yazdıran Raykonnen ümumi sıralamada üçüncü yerə yüksəlib.

İkinci yeri ona 1,281 saniyə uduzan "Red Bull Racing"in hollandiyalı pilotu Maks Ferstappen, üçüncü pilləni "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton tutub. Onlar müvafiq olaraq, 18 və 15 xal toplayıblar. Finişə dördüncü çatan "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel daha 12 xal yığıb və dünya çempionluğu üçün nəzəri şanslarını saxlayıb. Hazırda Hemiltonun 346, Fettelin 276 xalı var. 221 xalı olan Raykonnen isə çempionluq şanslarını itirib.

Maşınların mübarizəsində isə 563 xala malik "Mercedes"in "Ferrari" üzərində üstünlüyü 66 xala enib. "Red Bull" isə 337 xalla 3-cü yerdədir.

Qeyd edək ki, növbəti "Qran-Pri" 26 - 28 oktyabrda Meksikada keçiriləcək.

Tarix
2018.10.22 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla