Yuxarı

Azərbaycanlı qız Kamçatka gözəli seçildi - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub.

Modern.az-ın məlumatına görə, müsabiqəyə yarımadadakı rus, çukça, ukrayn, belarus, tatar, buryat, qırğız və digər millətləri təmsil edən 16-30 yaş arasında 14 iştirakçı qatılb. Onların hər biri milli yaradıcılıq nümunələri ilə çıxış edib, özü və xalqı haqqında məlumat verib, milli geyim defilesində iştirak edib.

İştirakçıların bütün çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra yakut və azərbaycanlı gözəlin balları eyni olduğu üçün açıq səsvermə keçirilib. Nəticədə 13 nömrə altında müsabiqəyə qatılan soydaşımız Ruhiyyə Mustafayeva 2018-ci ildə Kamçatkanın etno-gözəli seçilib.

“Dostluq” İctimai Birliyinin sədri Ramazan Hüseynov “Etno-gözəl”ə tac və 50 min rubl dəyərində sertifikat təqdim edib. Ruhiyyə Mustafayeva həmçinin, “Xalq mahnıları” nominasiyasında ən yaxşı ifaçı seçilib və “Tamaşaçı simpatiyası” mükafatında səslərin çoxunu qazanıb.

Tədbir “Dostluq” İctimai Birliyinin təşkilatçılığı, eləcə də Kamçatkanın Mədəniyyət Nazirliyi və Daxili Siyasət Agentliyinin dəstəyi ilə baş tutub.

Tarix
2018.12.10 / 16:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla