Yuxarı

ABŞ 1400 terrorçuya təlim keçib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ PKK/PYD tərəfindən 2015-ci ildə işğal edilən Rakka vilayətinin Tel-Abyad rayonunda 1350 terrorçunun təlim keçdiyi hərbi düşərgə yaradıb.

Axar.az xəbər verir ki, ABŞ hərbçilərinin təlim keçdiyi silahlılara hər ay 300 dollar maaş verildiyi məlum olub.

Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, düşərgədə hər biri 200 nəfərdən ibarət olan kiçik qruplar yaradılıb. 2016-cı ilin sentyabrından bu günə qədər 1400 terrorçu düşərgədə təlim keçdikdən sonra Suriyanın müxtəlif bölgələrinə göndərilib.

Tel-Abyad mərkəzində 500 nəfərlik məktəb isə düşərgənin qərargahı seçilib.

Qaynaqlar təlim keçirilən silahlılar arasında Türkiyənin kürd vətəndaşlarının da olduğunu bildirib.

İndiyə qədər təlim keçmiş silahlıların böyük əksəriyyəti Menbic cəbhəsinə göndərilib.

Xatırladaq ki, ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Brett Makqurk bir neçə gün əvvəl PKK/PYD silahlılarına Menbicdə təlim keçdiklərini açıqlamışdı. O, təlimlər bitdikdən sonra silahlıların Menbicdən çəkiləcəyini bildirmişdi.

Tarix
2016.11.22 / 11:20
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla