Yuxarı

Qüds qarışdı: İsrail polisi 1 fələstinlini öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:33

İsrail əsgərləri Əl-Əqsa məscidi ətrafında cümə namazından sonra təşkil olunan nümayişə müdaxilə edir.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əsgərlərin nümayişçilərə rezin deyil, döyüş gülləsi atdığı və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl İsrail hərbçilərinin atdığı rezin güllələr bir neçə nəfərin yaralanmasına səbəb olmuşdu.

***

İsrail əsgərlərinin nümayişçilərə müdaxiləsi nəticəsində biri jurnalist olmaqla 4 nəfər yaralanıb.

Aksiya iştirakçılarından bəziləri gözyaşardıcı qazın təsirindən boğulmaq təhlükəsi ilə üz-üzə qalıb.

***

16:32

Qəzza və Qüds bölgəsindəki aksiyalar zamanı təxminən 95 nəfər yaralanıb.

Bu barədə Fələstin Qızıl Aypara cəmiyyətindən məlumat verilib.

İsrail əsgərləri bəzi nümayişçiləri həbs edib.

Baş verənlərə dərhal reaksiya verən HƏMAS təşkilatı öldürülən və yaralanan hər fələstinliyə görə İsrailin cavab verəcəyini bildirib.

***

İsrail polisinin nümayişə müdaxiləsi nəticəsində 1 fələstinlinin öldüyü bildirilib.

Tarix
2017.12.08 / 18:43
Müəllif
Aqşin, Orxan
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla