Yuxarı

“Rusiya Suriyadan çıxsa, simasını itirəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Suriyanı saxlamaqda, Ukraynada isə ona dost olan rejimin qurulmasında maraqlıdır".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Dmitri Orlov deyib.

O, Türkiyə və Rusiyanın paralel hərəkət etməli olduğunu bildirib:

"Geosiyasi maraqlar dedikdə biz bütün növ konstruksiyaları sadalaya bilərik. Amma reallıqda hər şeyin fərqli olacağı ehtimal edilir. Bəzən isə hər şey bizim dizayna tam əks olan amillə qarşılaşa bilər. Ukrayna və Suriyadakı situasiyalarda da eynilə bu cür şeylər baş verir. Hələlik müşahidə edilən odur ki, Rusiya hər iki yerdə öz maraqlarından imtina etməyə hazırlaşmır. Hazırda Moskva Suriyanı saxlamaqda, Ukraynada isə ona dost olan rejimin qurulmasında maraqlıdır. Digər məsələ isə bunun nə vaxta qədər davam edəcəyidir. Bundan başqa Rusiyanın Ukrayna və Suriya problemlərində iştirakdan imtina etməsi onun öz simasını itirməsinə gətirib çıxara bilər. Kremldə bunu anlamalıdırlar. Türkiyənin Suriya məsələsində aktivliyinə gəlincə isə onu deyə bilərəm ki, Ankarada artıq çoxları Türkiyə və Rusiyanın maraqlarının paralel hərəkət etməli olduğunu anlayır. Bu, birgə kurs olmasa bir-birinə qarşı da olmamalıdır. Rusiya və Türkiyə elitasının bir hissəsinin maraqlarının rəsmi Moskva və Ankara ilə üst-üstə düşməməsi isə başqa məsələdir".

Tarix
2015.04.01 / 08:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla