Yuxarı

Bələdiyyələr icralarla əlbir qanunsuzluq edir - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökumətdən müvafiq qanun layihələri parlamentə daxil olmur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Bələdiyyələrin statusu” Qanununa dəyişikliklərin müzakirəsində deyib. Millət vəkili bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur:

“Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra həmin pul ödənilmir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə edir. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti sökmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

Tarix
2018.02.13 / 16:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla