Yuxarı

Azərbaycanda boş qalan yüksək vəzifələr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ötən gün Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovu vəzifəsindən azad etməsi ilə boş qalan yüksək vəzifələr sırasına daha biri əlavə olundu.

Axar.az xatırladır ki, buna qədər təyinat aparılmayan vəzifələrdən biri Bakı şəhər İcra Hakimiyyətinin başçısı postudur. Daha əvvəl həmin vəzifəni icra edən Hacıbala Abutalıbov Prezidentin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Baş nazirin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyinat alıb. Bir aya yaxındır ki, N.Məmmədovun keçmiş vəzifəsinə təyinat olmayıb.

Prezident yanında Ali Attestasiya Komissiyasının sabiq sədri Arif Mehdiyevin ölümündən sonra onun yerinə təyinat olmayıb. Bildirək ki, Komissiyanın sabiq sədri, akademik Arif Mehdiyev 2016-cı il dekabrın 19-da vəfat edib.

Həmçinin Lənkəran Dövlət Universitetinin rektoru, Azərbaycan Texniki Universitetinin rektoru, Təhsil İnstitutunun direktoru və Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi vəzifələrinə də hələlik təyinat yoxdur.

Tarix
2018.05.18 / 13:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla