Yuxarı

“Azercell”dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək nəslin inkişafına dəstək məqsədilə bir çox layihələr həyata keçirən Azercell Telekom MMC daha bir təşəbbüslə çıxış edir.

Axar.az xəbər verir ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə məktəblilərin yay tətilini daha səmərəli və məhsuldar keçirməsi üçün “Barama Junior 2018 / Summer IT school for kids” layihəsini təqdim edir. Artıq üçüncü ildir reallaşan “Coding Kids – Summer Course” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə daha faydalı imkanlarını izah edəcək. 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulan layihə çərçivəsində Python, Raspberry Pi və HTML proqramları tədris ediləcək. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər Coding Club Kids şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və Coding Club Kids şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılacaq. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçiriləcək dərslər ödənişsizdir və həftədə 3 dəfə tədris ediləcək. Dərslərə 30 iyul tarixindən start veriləcək və 4 həftə boyunca davam edəcək. Layihədə iştirak etmək üçün 20 iyul 2018-ci il tarixinə qədər Bit.ly/Barama linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Bu layihə çərçivəsində uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqları əldə etmək imkanını qaçırmayın.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.07.17 / 10:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla