Yuxarı

Şirvanda vəhabilər fəallaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şirvan şəhərində vəhabilər fəallaşır. Sələfi təriqətinə üzv olanların sayı şəhərdə günbəgün artır".

Bu haqda "Axar.az"a yerli sakinlər məlumat verib. Deyilənə görə, bir neçə gün əvvəl bir qrup vəhabi şəhərin mərkəzində yerləşən xüsusi mənzilə toplaşıb. Mənzili ibadət evi kimi istifadə edən sələfilər namaza gəlir, ibadət edir, müzakirələr aparırlar:

"Əvvəllər də bu cür toplaşdıqlarını görürdük. Amma son bir ayda bu mənzilə gəlmələri daha da intensivləşib. Əvvəllər məscidə yığışardılar. İndi fərdi evlərdə gizlin şəkildə toplaşırlar. Bu da insanlar arasında narahatlığa səbəb olur. Təqribən 10-15 bahalı maşın hər gün bu evin qarşısında dayanır. Heç kimin onların nə etdiyindən xəbəri yoxdur".

Sakinlərin sözlərinə görə, şəhər icra başçısı Mərdan Camalov hüquq-mühafizə orqanlarına onları daha ciddi şəkildə nəzarətə götürmək barədə təlimat verib.

Qeyd edək ki, bir neçə gün öncə qonşu Salyan rayonunda bir sələfinin mağazasına Yezid adı qoyması şiələri qəzəbləndirib, mağazanın üzərindən adı söküb çıxarıblar. Salyan rəhbərliyi rayonda 30 vəhabinin olması haqda məlumat verib.

Tarix
2014.04.14 / 13:54
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq?

Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi - Foto

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Qarabağa ayaq basan ilk beynəlxalq missiya...

Əliyev: Bundan sonra Azərbaycan torpaqlarında...

Şuşanın tarixi simasının bərpası... - Prezident

Bayramovla Mirzoyan bu barədə razılığa gəldi

Prezident İSESKO-nun baş direktorunu Şuşada qəbul etdi

Əli Əsədov Mixail Mişustini təbrik etdi

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla