Yuxarı

Azərbaycan filmi ilk dəfə Yaponiya festivalında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-də 27-ci Tokio Beynəlxalq Film Festivalında (Tokyo İnternational Film Festival) "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Nabat" bədii filminin Asiya premyerası baş tutub.

Axar.az xəbər verir ki, təqdimatda filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatimə Motamed Arya iştirak ediblər.

Film Asiya kino-auditoriyası tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Milli kino tarixində Azərbaycanın ilk dəfə təmsil olunduğu Tokio Beynəlxalq Film Festivalı çərçivəsində "Nabat" filminin növbəti təqdimatları oktyabrın 28 və 30-da Tokionun ən məşhur kinoteatrı olan "Toho sinema"da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Tarix
2014.10.28 / 02:16
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla