Yuxarı

Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml mayın birinci ongünlüyünün sonuna olan tədbirlər proqramını elə hazırlayıb ki, mümkün qədər çox dövlət və hökumət başçısı Moskvada Vladimir Putinlə görüşəcək. Putinin bəzi həmkarları onu mayın 7-də, andiçmə günü, şəxsən təbrik etmək üçün gələcək, bəziləri isə mayın 8-də Aİİ-nin yubiley sammitinə qalacaqlar. İnanıram ki, 9 May Gələbə Gününün şərəfinə təşkil olunacaq tədbirə daha çox qonaq gələcək.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Hətta Türkiyə Prezidenti Ərdoğanın mayın 9-da Moskvaya səfər edəcəyi, Putinlə şəxsi görüş keçirəcəyi və Ankaranın Ukrayna münaqişəsinə dair sülh təşəbbüsünün detallarının müzakirə ediləcəyi barədə məlumatlar da var. Ərdoğanın məhz buna görə Baydenlə Vaşinqtonda danışıqları təxirə saldığı deyilir. Paşinyanın yalnız mayın 8-də Moskvaya səfərinə gəlincə, təbii ki, istəsəniz, burada İrəvanın demarşını görə bilərsiniz. Ancaq səbəb tamamilə banal ola bilər - praktiklik: hər halda Paşinyan Aİİ-nin yubiley sammitində iştirak edirsə, protokolda onun Putinlə şəxsi görüşü nəzərdə tutulursa, onda Rusiya prezidentinin andiçmə mərasimində iştirak etməklə Fransa prezidentinin zərif və həssas ruhunu niyə incitsin? Paşinyanın və İrəvandakı mövcud rejimin digər yüksək rütbəli nümayəndələrinin Rusiyaya qarşı atdığı addımlar nə qədər açıq-aşkar qeyri-dost olsa da, bu heç bir halda rus və erməni xalqları arasında münasibətlərə təsir göstərməyəcək. Münasibətlər qardaşlıq üzərində olub və belə də qalacaq”, - o bildirib.

Tarix
2024.05.04 / 08:30
Müəllif
Ruslan, Zeynəb
Şərhlər
Digər xəbərlər

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla