Yuxarı

Ermənilər daha bir məşhur mahnımızı oğurladı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər daha bir məşhur mahnımızı oğurladı - Video

Ermənistanın qarmon ifaçısı Qagik Stepanyan Azərbaycan mahnısını oğurlayıb.

Kult.az Unikal-a istinadən xəbər verir ki, sözləri Fikrət Qocaya, musiqisi isə Ramiz Mirişliyə məxsus olan "Ay bəri bax" mahnısının müəllif hüquqları pozulub.

Sözügedən mahnını ilk dəfə SSRİ xalq artisti Zeynəb Xanlarova, daha sonra Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova ifa edib.

Məsələ ilə bağlı "Unikal"a açıqlamasında Gülyanaq Məmmədova bildirib ki, mahnını Zeynəb xanımdan sonra ilk dəfə 1994-cü ildə məhz o oxuyub:

"Bizim mənfur qonşularımız ümumiyyətlə həmişə bizim musiqimizə göz dikiblər. Çünki onların özlərinə məxsus heç nəyi olmayıb. Onlar hər zaman bizdən nələrisə oğurlayıblar. İstər kulinariyamız olsun, istər musiqimiz, mədəniyyətimiz, ən əsası torpağımızı oğurlayıblar, bundan artıq nəyi deyək ki?

Həmin şəxs heç olmasa Azərbaycan mahnısına "bizimdir" deməsin və yaxud anonim yazmasın. Musiqini isə düz ifa edib. Əgər paylaşımında istinad etməyibsə, təbii ki, qaldırılası mövzudur".

Tarix
2025.05.17 / 21:54
Müəllif
Kult.az
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla